Məhkəmə qərarları › İş №3(5-121)-31/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-31/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-31/2026 22.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X3” X8 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X3” X8 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X3” X8 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" ASCnin direktoru Şəxs balansında olan Gəncə-İmişli istiqaməti üzrə şəhərlərarası marşrut xəttində fəaliyyət göstərən **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə reysqabağı texniki müayinədən keçirilməsini təşkil etmədən marşrut xəttinə buraxması aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X3” X8 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis X4 protokolun məzmununa uyğun çıxış edərək, əlavə etdi ki, 22 dekabr 2025ci il tarixdə "xxxx" ASC-nin direktoru Şəxs barəsində balansında olan Gəncə-İmişli istiqaməti üzrə şəhərlərarası marşrut xəttində fəaliyyət göstərən **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə reysqabağı texniki müayinədən keçirilməsini təşkil etmədən marşrut xəttinə buraxması faktı aşkar edilmiş və bu fakta əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə” 003 nömrəli arayışdan görünür ki, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə **-HO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmamışdır. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixi bazar gününə, yəni qeyri-iş gününə düşdüyünə görə "xxxx" MMC-nin bağladığı müqavilələrə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyəti reysqabağı yoxlanılmır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, sürücü Elşən Ziyadovun deməsinə əsasən xx.xx.2025-ci il tarixdə X1 Gəncə-İmişli istiqaməti üzrə saat 07:15 qrafik xəttinə uyğun olaraq çıxmalı olan sürücünü yoxlamalı olan işçi heyət gec gəldiyi üçün sürücü 07:23-də ona məxsus “Mercedes” markalı, **-HO-*** nömrə nişanlı avtobusla perona daxil olmuş və sərnişindaşıma fəaliyyətini həyata keçirmişdir. Sonda onun barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, sürücü Elşən Ziyadovun deməsinə əsasən "xxxx" MMC-nin əməkdaşları tərəfindən onun xx.xx.2025-ci il tarixdə reysə çıxmasına şərait yaradılmamış, reysə çıxmaması bildirilmişdir. xx.xx.2025-ci il tarix isə bazar gününə düşdüyü üçün yoxlayan işçi heyət gəlməmişdir. xx.xx.2025-ci il tarixdə isə heyət gec gəlmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Gəncə şəhərində aparılan yoxlama zamanı və "xxxx" MMC-nin verdiyi arayışa əsasən Şəxs rəhbərlik etdiyi "xxxx" ASC-nin müvəqqəti istismarında olan Gəncə-İmişli istiqaməti üzrə şəhərlərarası marşrut xəttində fəaliyyət göstərən **-HO-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçirilməsini təşkil etmədən marşrut xəttinə buraxılması aşkar edilmişdir. -"xxxx" MMC tərəfindən Azərbaycan “X3” X8 Gəncə Regional İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Gəncə-İmişli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkət "xxxx" ASC həmin xətt üzrə sərnişindaşıma xidməti aparan **-HO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində sözügedən nəqliyyat vasitəsini reysqabağı texniki müayinə olunmasını təşkil etməmişdir. -"xxxx" MMC tərəfindən Azərbaycan “X3” X8 Gəncə Regional İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 19, 20, 21 və xx.xx.2025-ci il tarixlərində X1 Gəncə-İmişli istiqaməti üzrə saat 07-15 qrafik xəttinə uyğun olaraq X5, ona məxsus “Mercedes” markalı, **-HO-*** nömrə nişanlı avtobusla perona daxil olmuş və sərnişin daşıma fəaliyyətini həyata keçirmişdir. -“Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə” 003 nömrəli arayışın fotoşəklindən görünür ki, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə **-HO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmamışdır. -İş materiallarına "xxxx" ASC-yə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron səhifəsindən əldə edilmiş çıxarış əlavə edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN – **********) sədri vəzifəsini icra edir, əməkhaqqı 500 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcıların sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtoneqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın 2-ci və 3-cü hissələrinə əsasən həyata keçirilir. Qaydaların 2.2-ci hissəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Qaydaların 2.3-cü hissəsinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qaydaların 3.2-ci hissəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Qeyd edilən hüquqi aktlardan da görünür ki, qaydalara əsasən sürücülərin həm texniki, həm də tibbi müayinədən keçirilməsi vəzifəsi daşıyıcıların üzərinə qoyulmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən X8lərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri olduğundan və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirilən hal qismində nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 326-cı maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 160 (bir yüz altmış) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar