Məhkəmə qərarları › İş №3(5-121)-311/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-311/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-311/2026 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Oğuz rayonu, Bucaq Ərazi Dairəsi, Bucaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 8(040)-23/2025 nömrəli, xx.xx.2025-ci İl tarixli icra sənədinə əsasən xx.xx.2025-ci ildən başlayaraq Şəxs 03 yanvar 2009-cu ildə doğulmuş X4 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,96 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,92 misli həddində sabit pul məbləğində aylıq aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)- 1046/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 03 yanvar 2009-cu ildə doğulmuş X1 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində aylıq aliment iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən imtina etmişdir. Bu günə kimi 4111 manat borcu mövcutdur. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 8(040)-23/2025 nömrəli, xx.xx.2025-ci İl tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,92 misli həddində sabit pul məbləğində aylıq aliment, yəni 768 manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməli idi. Bundan sonra borclu Şəxs məhkəmədə aliment məbləğinin azaldılmasına dair iddia qaldırmış, Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-1046/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində aylıq alimentin, yəni 492 manatın iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. “Elektron İcra” İnformasiya sistemindən borclunun 780 manat əməkhaqqı alması görünsə də, əslində borclu yarım ay işlədiyi üçün aldığı məbləğ təxminən 400 manatdır. Bunu borclunun iş yerindən verilmiş arayış da təsdiq edir. Həmin 400 manat məbləğin 70 faizinə tutma yönəldilir. Protokol tərtib edildikdən sonra borclu tərəfindən xx.xx.2026-cı il tarixdə 300 manat ödəniş edilmişdir. Borclunun icra sənədi üzrə fevral ayı daxil olmaqla, borcu 4303 manat təşkil edir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, həmçinin borclunun adına olan avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilmişdir, məhkəmə qərarı qüvvəyə mindikdən sonra avtomobilin üzərinə həbs qoyulacaq. Avtomobilinin maksimum dəyəri təxminən 4000-5000 manatdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, maddi imkanı çox aşağıdır, hazırda kirayədə yaşayır, həmçinin başqa kredit öhdəlikləri də var. Yanvar ayından bəri yarım ştat, yəni 15 gün işləyir. Qalan 15 gün müddətini isə işləmir, xəstə olduğundan evdə olur. Yanvar ayının sonunda əməkhaqqından 200 manat çıxılmış, həmçinin 100 manat da əlavə ödəniş etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, adına rəsmiləşdirilmiş “Vaz 21099” minik markalı avtomobil olsa da, hazırda avtomobildə nasazlıq olduğundan ondan istifadə etmir. Avtomobilinin dəyəri təxminən 4000 manata yaxındır. Tələbkar xəstə olandan sonra onun adına 1500 manat kredit götürmüşdür, hazırda onun kreditini də özü ödəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, onkoloji xəstədir, onun müalicə xərclərinə atası və qardaşı köməklik edir. Həmçinin uşaqlarından qızı 11-ci sinifdə, oğlu isə 5-ci sinifdə oxuyur. Borclu qərəzli şəkildə alimenti ödəməkdən boyun qaçırır. Qızı hazırlıqlara gedir, qızının aylıq xərci 250 manat təşkil edir. Onun işlədiyi iş yerində hər kəs 780 manat əməkhaqqı aldığı təqdirdə, borclu 400 manat alır, bu necə ola bilər? Yanvar ayında borclu tərəfindən ona icra sənədi üzrə ümumilikdə 400 manat ödəniş edilməsini təsdiq edir. Borclu icra məmurunun yanında olarkən icra məmuruna qızının 18 yaşına çatanda xeyir işinin olacağını, həmin xeyir işdən götürəcəyi 5000-6000 manat məbləğlə aliment borcunu bağlayacağını demişdir. Odur ki, borclu aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə borclunun inzibati qaydada həbs olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -Kəlbəcər Rayon Məhkəməsinin 8(040)-23/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.2025-ci ildən başlayaraq Şəxs 03 yanvar 2009-cu ildə doğulmuş X4 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,96 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,92 misli həddində sabit pul məbləğində aylıq aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. -“İcraata başlamaq haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, 10 iyun 2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. -xx.xx.2025-ci il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza edilməklə götürülmüşdür. -xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, həmin xəbərdarlıq borclu tərəfindən imza edilməklə götürülmüşdür. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-3276/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-1046/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 03 yanvar 2009-cu ildə doğulmuş X1 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində aylıq aliment iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. -“İcraata başlamaq haqqında” 14 noyabr 2025-ci il tarixli qərardan görünür ki, 14 noyabr 2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. -xx.xx.2025-ci il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza edilməklə götürülmüşdür. -xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, həmin xəbərdarlıq borclu tərəfindən imza edilməklə götürülmüşdür. -Şəxs məxsus “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş şəxsiyyət məlumatlarına dair çıxarış iş materiallarına əlavə edilmişdir. -Zərərçəkmiş şəxs tərəfindən İdarədə verilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, aliment Şəxs əmək haqqına yönəlsə də, tam şəkildə ödənilmir. Yanvar ayı daxil olmaqla, Şəxs 4111 manat aliment üzrə borcu vardır, bu səbəbdən Şəxs barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. -“Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs “X9” MMC-də bənna vəzifəsində işləyərək 780 manat əmək haqqı alır. -“X9” MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 02 nömrəli məktubdan görünür ki, Şəxs əməkhaqqı məbləği elektron informasiya sistemində 780 manat qeyd olunmasına baxmayaraq onun faktiki işlədiyi iş günləri ümumi aylıq iş günlərindən azdır. Bu səbəbdən də aylıq hesablanmış əməkhaqqı müqavilə qiymətindən az hesablanılır. Şəxs dekabryanvar ayının əməkhaqqısı və ondan tutulub ödənilən aliment məbləği aşağıdakı kimidir: 1) 2025-ci ilin dekabr ayı üçün 450 manat əməkhaqqı hesablanmış, ona 407,75 manat əməkhaqqı ödənilmiş, xx.xx.2026-cı il tarixdə 200 manat aliment ödənilmişdir. 2) 2026-cı ilin yanvar ayı üçün 450 manat əməkhaqqı hesablanmış, ona 400,75 manat əməkhaqqı ödənilmiş, xx.xx.2026-cı il tarixdə 200 manat aliment ödənilmişdir. -03 nömrəli, xx.xx.2026-cı il tarixli və 18 nömrəli, xx.xx.2026-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, borclu tərəfindən icra sənədi üzrə ayrı-ayrılıqda 200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə alimentlə əlaqədar tutulmaların hər ay ödənilməsini zəruri şərt hesab edir. Belə ki, aliment məhz hər ay uşağın zəruri ehtiyaclarının qarşılanmasına yönəlir və məhkəmə qərarının vaxtında icra edilməməsi uşağı minimal tələblərindən məhrum edir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs ödənişləri vaxtı-vaxtında icra etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilən üzrlü səbəb şəxsin subyektiv hallarla bağlı deyil, obyektiv hallarla bağlı, yəni onun özündən asılı olmayan səbəblərə görə qətnaməni icra edə bilməməsini ehtiva edir. Belə səbəblərə borclu şəxsin uzun müddət xəstə olması, əmək qabiliyyətini itirməsi, himayəsində daimi olaraq baxıma ehtiyacı olan şəxsin olması, şəxsin hərbi, döyüş əməliyyatlarda olması, fors-major hadisələrin baş verməsi və s. kimi obyektiv hallar aiddir. Hazırkı halda borclu alimentin məbləği aylıq 492 manat olduğu halda yarımştat işlədiyi üçün əməkhaqqısının təxminən 400 manat olduğunu, onun da 50 faizinin tutularaq icra sənədi üzrə 200 manat ödənilməsini bildirsə də, məhkəmə yuxarıda qeyd edilmiş Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına istinad edərək aliment ödəyən əmək qabiliyyətli borclunun nəzərinə çatdırır ki, onun kifayət qədər qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, borclu ifadəsində qeyd etdiyi kimi ayın 15 günü işləmir və borcu olduğu təqdirdə ayın 15 gününü evində keçirir, lakin nəzərə alınmalıdır ki, borclu həmin 15 gün müddətində də borcunun ödənilməsinə cəhd edə, bu istiqamətdə işlər görə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədinə əsasən borcunun yaranmasını, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar