Məhkəmə qərarları › İş №3(5-121)-312/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-312/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-312/2026 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, X5 oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilən 11 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra X2 ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət verərək, barəsində tərtib edilən 11 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən elektron sistem vasitəsi ilə xx.xx.2026-cı il tarixdə o, məlumat almışdır ki, "Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru, vəzifəli şəxs kimi 11 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokola əsasən 1000 manat cərimə olunmuşdur. O, xx.xx.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə yazdığı şikayəti verən vaxta kimi elektron sistemə vurulan məlumatdan aydın deyildi ki, o, AR İXM-nin hansı maddəsi ilə cərimə olunmuşdur. Həmin məlumatı sistem vasitəsi ilə öyrəndikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət etmiş və bu xx.xx.2026-cı il tarixli, 13 nömrəli məktubla da tam təsdiq olunur. Həmin məktubda qeyd etmişdir ki, "Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru, vəzifəli şəxs kimi barəsində tərtib edilmiş 11 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokolda qeyd olunan "işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi“ ilə bağlı onun 1000 manat inzibati cərimə olunması tam əsassız olmaqla, həmdə qanunsuzdur. Şikayəti üzrə 3(5-121)-146/2026 saylı inzibati iş icraatınızda olmaqla, xx.xx.2026-cı il tarixli qərardad əsasında şikayəti və ona əlavə edilmiş sənədlər özünə qaytarılaraq göstərilmişdir ki, o, şikayətçi kimi şikayətinə X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Elektron qərarı əlavə etməmişdir. xx.xx.2026-cı il tarixdə o, "Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru, vəzifəli şəxs kimi 11 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən 1000 manat cərimə olunması barədə protokolu elektron sistemdə müəyyən edərkən, sözügedən qərar sistemdə görünmürdü, ona görə də xx.xx.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə şikayət verərkən həmin qərarın surətini əldə edə bilmədiyindən üzürlü səbəbdən qərarı məhkəməyə təqdim etməmişdir. Yalnız xx.xx.2026-cı il tarixdə elektron sistemdən qərarın surətini əldə etmişdir. Ona görə də şikayətçi kimi hesab edir ki, o, sözü gedən qərardan şikayət vermək üçün qanunda nəzərdə tutulmuş 20 gün müddəti ötürməmidir. Odur ki, onun qeyd etdiyi səbəblərə görə iddia müddətini ötürmədiyini nəzərə alıb, iddia müddətinin bərpa edilməsini və işə mahiyyəti üzrə baxıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, barəsində tərtib olunmuş qərar kollecin elektron sisteminə göndərilsə də, bundan vaxtında məlumatları olmamış və bu səbəbdən də şikayət vermə müddətini ötürmüşdür. Bunu həmin sistemdən istifadə qaydalarını bilməməsi ilə əlaqələndirmişdir. O, həmin qərarı sistemdə görə bilməmiş və bundan sonra daha diqqətli olacaqdır. Məhkəmə vəsatətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə icraat prosesində subyektlərin öz hüquq və azadlıqlarını, habelə səlahiyyətlərinin icrası ilə əlaqədar qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edilməsinə əsas vermir. Belə olan halda apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd etmə haqqında qərardaddan şikayət və ya protest vermə hüququ təmin edilməlidir. Ona görə də cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilməsi yolu ilə inzibati xəta haqqında iş üzrə icraat prosesində iştirak edən subyektlərin öz hüquq və azadlıqlarını məhkəmədə müdafiə etmək hüququ təmin edilməlidir. Belə ki, apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətin rədd ediməsi haqqında qərardaddan apelyasiya şikayəti və ya protesti verilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3.-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə hesab edir ki, X2 tərəfindən onun barəsində qəbul edilmiş 11 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı “Elektron sistem” vasitəsi ilə alması, həmin qərarın onun kabinetinə yerləşdirlməsi Xoşqədəm Xudiyevanın özünün izahatı ilə təsdiq olunur. Buna baxmayaraq Xoşqədəm Xudiyevanın inzibati tənbeh vermə haqqında qərara Elektron sistemində necə və haradan baxılacağını bilməməsi, bunu gec müəyyən etməsi inzibati tənbeh vermə haqqında qərardan ötürülmüş prosessual müddətinin üzürlü hesab edilə bilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 11 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar