Məhkəmə qərarları › İş №3(5-121)-313/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-313/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-313/2026 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Həsənli Məhəmməd Vahid oğlunun, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Qərardan şikayət verən şəxslər X3 və X5 iştirakları ilə, X3, X5 və X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10, X12 və X11, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati orqana edilən şikayətlərdə qeyd edilən bütün hallar üzrə düzgün araşdırma aparılması məqsədilə inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və 1200 (bir min iki yüz) manat məbləğində cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən edilmişdir. X20 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qismən əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə şikayətdə qeyd edilən məsələlərin tam araşdırılması üçün inzibati orqana qaytarılması barədə qərar çıxarılmalıdır. Verilmiş şikayət ərizələrindən və X20 Xidmətinin X1 xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, şikayət ərizəsində əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi, xx.xx.2018-ci il tarixdən etibarən ödənilməmiş əmək haqlarının və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın, iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqının verilməməsi, ödənilməmiş dövlət sosial sığorta haqlarının Dövlət Sosial Sığorta Fondunun hesabına ödənilməsi qeyd edilmişdir. Lakin, X20 Xidmətinin X8 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qəbul edən zaman bu hallardan yalnız birini araşdırmış və İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə pozuntunu müəyyən etmiş həmin maddənin sanksiyasında nəzərdə tutulan min beş yüz manatadək məbləğdə cəriməni isə 1200 manat həddində şərti olaraq tətbiq etmişdir. Bundan başqa, iddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa, əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi» tələbinə dair Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(125)-6668/2025 nömrəli mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında müvafiq suallar qoyulmuşdur. Göründüyü kimi, əmək haqlarının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməməsi məsələsi məhkəmə tərəfindən də araşdırılmaqdadır. Əmək haqqının, həmçinin, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın nağd qaydada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmək haqqının ödənilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 adına "xxxx" ASC-də əmək haqqı kart hesabı açılmış xx.xx.2019-cu il tarixdə 142.53 manat, xx.xx.2019-cu il tarixdə 147.42 manat, xx.xx.2019-cu il tarixdə 122.85 manat, xx.xx.2019cu il tarixdə 231.88 manat, xx.xx.2019-cu il tarixdə 194.25 manat, xx.xx.2019-cu il tarixdə 260.75 manat, xx.xx.2020-ci il tarixdə 245.88 manat, xx.xx.2020-ci il tarixdə 32.11 manat, xx.xx.2020-ci il tarixdə 188 manat, xx.xx.2020-ci il tarixdə 132 manat əmək haqqı nağdsız qaydada ödənilmiş, digər aylar və illər üçün isə əmək haqqı ümumiyyətlə ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə isə hesab bağlanmışdır. Göründüyü kimi, hətta 2025-ci il üçün əmək haqqının ödənilməsi üçün bank hesabı və bank kartı mövcud olmamışdır. Bundan başqa, X5 adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək haqqının ödənilməsi üçün bank hesabı açılmamış və bank kartı mövcud olmamışdır. Qeyd edilənlərdən göründüyü kimi, X20 Xidmətinin X8 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qəbul edən zaman bu hallardan yalnız birini araşdırmış və İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə pozuntunu müəyyən etmiş həmin maddənin sanksiyasında nəzərdə tutulan min beş yüz manatadək məbləğdə cəriməni isə 1200 manat həddində şərti olaraq tətbiq etmiş, İnzibati Xətalar Məcəlləsinin 192.5, 192.6 və 460-cı maddəsi ilə nəzərdə tutulmuş pozuntular araşdırılmamışdır. Qeyd edilənlərə əsasən hər üç zərərçəkmiş şəxs tərəfindən verilən şikayətdə qeyd edilənlər mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, qeyd edilən səbəblərdən şikayət üzrə düzgün və əsaslı qərar qəbul edilməmişdir. Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X17 ayrı-ayrı vaxtlarda 3 şəxs barəsində bir neçə inzibati xəta törətdiyi halda X20 Xidmətinin X8 bunu nəzərə almamış 3 nəfər zərərçəkmiş şəxsin şikayəti üzrə bir qərar qəbul edilmiş və sanksiyanın maksimum həddi nəzərə alınmamışdır. Qərarın surəti X6 poçt vasitəsi ilə xx.xx.2026-cı il tarixdə çatdırılmış və şikayət vermə müddəti ötürülməmişdir. Digər şəxslərə isə qərarın surəti təqdim edilməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxslər - X10 və X12 şikayətin məzmununa uyğun izahat verməklə göstərdilər ki, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və qərardan şikayət vermiş digər şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs X11 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - X10 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Sərxan Quliyev ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyətinin kompensasiya ilə əvəz edilməsini xahiş etmişdir. - X12 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Orxan Quliyev ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyətinin kompensasiya ilə əvəz edilməsini xahiş etmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, istehsalat zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən adları aşağıda qeyd olunan avtobus sürücülərinə, o cümlədən X6 öz ərizəsi əsasında istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada kompensasiya hesablanması və ödənilməsi əmr edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli əmrdən görünür ki, istehsalat zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən adları aşağıda qeyd olunan avtobus sürücülərinə, o cümlədən X9 öz ərizəsi əsasında istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada kompensasiya hesablanması və ödənilməsi əmr edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsi heyət üzvlərinin 15 oktyabr 2025-ci il tarixli, 02 saylı iclas protokolundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sürücüləri, o cümlədən X5, X3 və X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmələrinə və onlarla bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə razılıq verilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 oktyabr 2025-ci il tarixli, 149 nömrəli əmrindən görünür ki, aşağıda qeyd olunan avtobus sürücüləri, o cümlədən X12, X10 və X11 ilə bağlanmış olan əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Əsas Əmək Məcəlləsinin 70-ci maddəsi, mühəndis R.A.Həsənov, dəstə rəisi T.Q.Mehdiyev, istismar üzrə mühəndis M.R.Məmmədov, dispetçer A.K.Abbasov tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akt, dəstə rəisi Ş.İ.Nuriyevin xx.xx.2025-ci il tarixli məlumatı. -Azər-Avtonəqliyyat" Açıq Səhmdar Cəmiyyətinin 15 oktyabr 2025-ci il tarixli, 150 nömrəli əmrindən görünür ki, xx.xx.2025-ci il tarixdə “149 Ş/H” saylı əmrə əsasən işdən azad olunan işçilərə - X7 istifadə edilməmiş 8 təqvim günü məzuniyyət günləri, X6 istifadə edilməmiş 8 təqvim günü məzuniyyət günləri və X7 istifadə edilməmiş 14 təqvim günü məzuniyyət günləri, yəni istifadə edilməmiş əmək məzuniyyəti günlərinin hesablanaraq ödənilməsi əmr edilmişdir. Müvafiq məxaric kassa orderləri işə əlavə edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X9, X6 və X7 işlədikləri müddət ərzində istifadə etmədikləri məzuniyyət günlərinə görə hesablanmış son haqq hesabı almaq üçün xx.xx.2025-ci il tarixdə Cəmiyyətə dəvət olunmuş, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 44 nömrəli məktubdan görünür ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsinə dair müsəssisədə hesablamalar aparılmış və müvafiq ödənişin aparılması üçün X9, X6 və X11 müəssisəyə dəvət olunsalar da, qeyd olunan şəxslər müəssisəyə gəlməkdən imtina etmişlər və son haqq-hesabı qəbul etməmişlər. Göstərilənlərlə bağlı müvafiq akt tərtib olunmuşdur (müvafiq dəvət məktubları iş materiallarına əlavə edilmişdir). -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolundan məlum olur ki, Gündüz Abbasov tərəfindən AR ƏM-in 164.1 və 165.1-ci maddələrinin tələbləri pozularaq Cəmiyyətin sürücüləri Orxan Quliyev, Pünhan Quliyev və Sərxan Quliyevə 2022-2025-ci iş illərində əlavə əmək haqqı ödənilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X17 tərəfindən AR ƏM-in 164.1 və 165.1-ci maddələrinin tələbləri pozularaq Cəmiyyətin sürücüləri Orxan Quliyev, Pünhan Quliyev və Sərxan Quliyevə 2022-2025-ci iş illərində əlavə əmək haqqı ödənilməmişdir, buna görə də X17 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1200 manat məbləğində şərti olaraq cərimənin tətbiq edilməsi qərara alınmışdır. -Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa, əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında müvafiq suallar qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 Sərxan Quliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Q- 119160/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Sərxan Quliyevin "xxxx" ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 ünvanladığı müraciətinə Cəmiyyətin xx.xx.2025-ci il tarixli 34 nömrəli, xx.xx.2025-ci il tarixli 36 nömrəli məktublarına, məktublara əlavə olunan sənədlərə və Şöbədə təqdim etdiyi izahatlara əsasən baxılmışdır. Müraciət ilə bağlı Cəmiyyət rəhbərliyi məktubunda Sərxan Quliyev tərəfindən bildirilən iddiaların əsassız olduğunu, xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cəmiyyətdə sürücü vəzifəsində işlədiyini, işlədiyi dövr ərzində əmək haqqınızın vaxtında ödənildiyini, məzuniyyət üçün nəzərdə tutulmuş haqqı öz xahişi əsasında kompensasiya şəklində ödənildiyini, 2025-ci ilin oktyabr ayı ərzində Cəmiyyətə heç bir xəbər vermədən icazəsiz olaraq işə gəlmədiyini, rəhbərlik tərəfindən dəfələrlə Sərxan Quliyevlə telefon vasitəsi ilə əlaqə saxlanıldığını, həmçinin məktub vasitəsilə işə dəvət edildiyini, lakin bu müraciətlər cavabsız qaldığından rəhbərliyin bu məsələni Cəmiyyətin Həmkarlar təşkilatının müzakirəsinə çıxardığını, müzakirə nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi barədə qərar qəbul edildiyini, əlavə olaraq işdən azad olunarkən Sərxan Quliyevin istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış son haqq-hesabın ödənilməsi üçün dəfələrlə iş yerinə dəvət edildiyini, lakin bu vəsaiti almaqdan imtina etdiyini, Koronavirus (Covid-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən olunmuş hissəsinin tam olaraq Sərxan Quliyevə ödənildiyini, Cəmiyyətdə toplanmış hesablama-ödəniş cədvəlləri 2021-ci il daxil olmaqla Dövlət Arxivinə təqdim edilidiyindən həmin dövr üçün tələb olunan sənədləri təqdim edə bilmədiklərini, 2022-ci ildən bu günədək tələb edilmiş sənədlərin surətinin Şöbəyə təqdim edildiyini bildirmişdir. Müraciətlə əlaqədar xx.xx.2018-ci il tarixdən 2021-ci ilin dekabr ayınadək Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının X23 filialına təhvil verilmiş sənədlərin təqdim edilməsi üçün Filiala 3-17-5/2-112812/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu ünvanlanmışdır. Müraciətə baxılmasında iştirakının təmin olunması məqsədilə Şöbəyə dəvət olunmuş, Sərxan Quliyev xx.xx.2025-ci il tarixdə Şöbəyə təqdim etdiyi izahatınızda işlədiyi Cəmiyyət tərəfindən ona əmək haqqının ümumiyyətlə ödənilmədiyini, Həmkarlar təşkilatının iclası təşkil edilmədən səbəbsiz olaraq əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verildiyini, şikayətinizdə qeyd edilən halların ətraflı olaraq araşdırılmasını, xx.xx.2025-ci il tarixdə şöbəyə təqdim etdiyi təkrar izahatında əmək qanunvericiliyinin tələblərinin ona ətraflı olaraq izah edildiyini, Cəmiyyət tərəfindən Şöbəyə təqdim edilən sənədlərlə tanış olduğunu, həmin sənədlərin əsassız olduğunu, belə ki, 2025-ci ilin oktyabr ayının 1-dən 15-dək işə getdiyini, tərtib edilmiş aktın, məlumatın, həmkarlar təşkilatının iclasının və qərarının əsassız olduğunu, həmkarlar təşkilatının iclası ilə bağlı məlumatın verilmədiyini, işə getməyini iş yoldaşları Həsən Verdiyev və Rəşad İsgəndərovun təsdiq edə biləcəyini, əmək haqqı və məzuniyyət ödənişlərinin ödənilməsi ilə bağlı təqdim olunmuş sənədlərin əsassız olduğunu və ödənilmədiyini, sənədlərdəki imzanın özünə məxsus olmadığını, əmək haqqının yalnız 2-3 ay Ekspress bank kartı vasitəsi ilə təxminən 2019-cu il ərzində ödənildiyini bildirmişdir. Müraciətlə əlaqədar izahatında qeyd etdiyi iş yoldaşları Həsən Verdiyev və Rəşad İsgəndərov xx.xx.2025-ci il tarixli məktublarla Şöbəyə dəvət olunmuşlar, lakin Şöbəyə gəlməmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən Sərxan Quliyevlə Cəmiyyət arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2025-ci il tarixli 149 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi məlum olmuşdur. Cəmiyyət tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək haqqı hesablama cədvəllərinə və tabellərə baxıldıqda müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164.1-ci (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.) və 165.1-ci (İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.) maddələrinin tələbləri pozularaq Cəmiyyət tərəfindən Sərxan Quliyevə xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün əlavə əmək haqqı ödənilməmişdir. Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar tərəfimizdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-) əsasən "xxxx" ASC-nin idarə heyətinin sədri X17 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq iş üzrə icraata başlanılmış və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən olunaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Müraciətinin məcburi dövlət sosial sığorta haqqı ilə bağlı olan hissəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3-17-1/2-261407/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla, işsizlikdən sığorta ilə bağlı olan hissəsi isə X15 tərəfindən 3-17-2/2-Q44297/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla cavablandırılmışdır. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ Pünhan Quliyeva izah edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 Orxan Quliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Q- 121210/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Orxan Quliyevin işlədiyi "xxxx" ASC tərəfindən əmək müqavilənizə xitam verilməsi, işlədiyi müddətdə əmək haqqı almaması, əmək məzuniyyətindən istifadə etməməsi və son haqq-hesabının ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 etdiyi müraciətinə baxılmışdır. Cəmiyyət rəhbərliyi müraciətlə bağlı təqdim etdiyi məktubunda Orxan Quliyev tərəfindən qaldırılan iddiaların əsassız olduğunu, Cəmiyyətdə sürücü vəzifəsində işlədiyini, işlədiyi dövr ərzində əmək haqqısının vaxtında ödənildiyini, məzuniyyət üçün nəzərdə tutulmuş haqqın öz xahişi əsasında Orxan Quliyevə kompensasiya şəkilində ödənildiyini, 2025-ci ilin oktyabr ayı ərzində Cəmiyyətə heç bir xəbər vermədən icazəsiz olaraq işə gəlmədiyini, rəhbərlik tərəfindən dəfələrlə Orxan Quliyevlə telefon vasitəsi ilə əlaqə saxlanıldığını, həmçinin, məktub vasitəsi ilə işə dəvət edildiyini, lakin bu müraciətlər cavabsız qaldığından rəhbərliyin bu məsələni Cəmiyyətin Həmkarlar təşkilatının müzakirəsinə çıxardığını, müzakirə nəticəsində Orxan Quliyevin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə qərar qəbul edildiyini, əlavə olaraq işdən azad olunarkən istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış son haqq-hesabın ödənilməsi üçün dəfələrlə iş yerinizə dəvət edildiyini, lakin bu vəsaiti almaqdan imtina etdiyini bildirmişdir. Müraciətinə baxılmasında iştirakının təmin olunması məqsədi ilə X26 dəvət edilmiş, Orxan Quliyev xx.xx.2025-ci il tarixdə Şöbəyə təqdim etdiyi izahatında Cəmiyyətin rəhbərliyi tərəfindən ”Karsan” markalı avtobus gətirtdirdiyini, avtobusun təmir xərclərinin 5%-nin müəssisə tərəfindən, qalan hissəsinin özü tərəfindən ödənildiyini, ümumilikdə gətirtdirilən avtobusun təmirinə təxminən 7-8 min manat xərclədiyini, "xxxx" MMC Gəncə şəhərində fəaliyyətə başlayanda çəkdiyi xərcin ödənilməsini Cəmiyyət rəhbərliyindən tələb etdikdə, Orxan Quliyevin avtobusun təmirinə xərc çəkmədiyinin və bununla bağlı istədiyi yerə şikayət edə biləcəyinin deyildiyini, digər avtobus gətirən iş yoldaşlarıın da eyni problemləri yaşadıqlarını, işlədiyi dövrdə Orxan Quliyevə əmək haqqı kartı verilmədiyini və həmçinin əlbəəl əmək haqqı da verilmədiyini, avtobusla sərnişin daşınmasından yığılan gündəlik puldan 141 manat planı ödədikdən sonra yerdə qalan pulu (40-50 manat) götürdüyünü, işə çıxmadığı günlərdə gündəlik planı öz “cib”inizdən ödədiyini, sutka ərzində 14 saat işəməyə məcbur edildiyini bildirmişdir.. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən Orxan Quliyevlə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqavilənizə Cəmiyyətin xx.xx.2025-ci il tarixli 149 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. Təqdim edilmiş xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək haqqı hesablama cədvəllərinə və tabellərə baxıldıqda müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Əmək Məcəlləsinin 164-cü (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi) maddəsinin 1-ci (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.) və 165-ci (İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) maddəsinin 1-ci (İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.) maddələrinin tələbləri pozularaq, Orxan Quliyevə xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün əlavə əmək haqqı ödənilməmişdir. Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-) maddəsinə əsasən, Cəmiyyətin İdarə Heyətinin sədri X17 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət təyin edilərək, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Müraciətdə qeyd etdiyi gətirilən avtobusa çəkdiyiniz xərclərin Orxan Quliyevə ödənilməsi məsələsinin həlli Xidmətin səlahiyyətləri xaricindədir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ Orxan Quliyevə izah edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 Pünhan Quliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Q- 122518/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Pünhan Quliyevin işlədiyi "xxxx" ASC-də əmək müqaviləsinə xitam verilməsi, işlədiyi müddətdə əmək haqqı almaması, əmək məzuniyyətindən istifadə etməməsi və son haqq-hesabınızın ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 etdiyi müraciətinə baxılmışdır. Cəmiyyət rəhbərliyi müraciətlə bağlı Şöbəyə təqdim etdiyi cavab məktubunda qaldırılan iddiaların əsassız olduğunu, Pünhan Quliyevin xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Cəmiyyətdə sürücü vəzifəsində işlədiyini, işlədiyi dövr ərzində əmək haqqının vaxtında ödənildiyini, məzuniyyət üçün nəzərdə tutulmuş haqların öz xahişi əsasında ona kompensasiya şəkilində ödənildiyi, 2025-ci ilin oktyabr ayı ərzində Cəmiyyətə heç bir xəbər vermədən icazəsiz olaraq işə gəlmədiyi, rəhbərlik tərəfindən dəfələrlə onunla telefon əlaqəsi, həmçinin rəsmi məktub vasitəsi ilə işə dəvət edilməyinə baxmayaraq, bu müraciətlər cavabsız qaldığından rəhbərliyin bu məsələni Cəmiyyətin Həmkarlar təşkilatının müzakirəsinə çıxardığı, müzakirə nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi barədə qərar qəbul edildiyi, əlavə olaraq işdən azad olunarkən istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış son haqq-hesabın ödənilməsi üçün dəfələrlə iş yerinə dəvət edildiyini, lakin bu vəsaiti almaqdan imtina etdiyini, Cəmiyyətdə toplanmış hesablama-ödəniş cədvəlləri (o cümlədən, Koronavirus (Covid-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə ödənişlər barədə sənədləri) 2021-ci il daxil olmaqla (təhvil-təslim aktı tərtib edilərək) Dövlət Arxivinə təqdim edildiyini bildirmiş və müraciətlə bağlı zəruri sənədlərin surətini Şöbəyə təqdim etmişdir. Müraciətlə əlaqədar xx.xx.2016-cı il tarixindən 2021-ci ilin dekabr ayınadək Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının X23 filialına təhvil verilmiş sənədlərin təqdim edilməsi üçün Filiala 3-17-5/2-112800/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu ünvanlanmışdır. Məktuba Cəmiyyətin təqdim etdiyi X23 filialına təhvil verilərək ləğv edilmiş sənədlər barədə hər iki tərəfin nümayəndələrinin imzaları və möhürü ilə təsdiqlənmiş təhvil-təslim aktının əlavə edilmişdi. Filialın xx.xx.2025-ci il tarixli 3-48-DA- 4F/2-2363//8/2025 nömrəli cavab məktubunda Cəmiyyətinin 2018-2021-ci illər üzrə sənədləri X23 filialına təhvil verilmədiyi və bu səbəbdən müsbət cavablandırılmanın mümkün olmadığı bildirilmişdir. Müraciətə baxılmasında iştirakının təmin olunması məqsədilə X24 dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə Şöbəyə təqdim etdiyi izahatınızda işlədiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr ərzində əmək haqqı, pandemiya dövründə işçilərə verilən dövlət yardımı almadığını, iş saatından artıq işlədiyi saatlar üçün əmək haqqı ödənilmədiyini, heç bir əlavə mükafat, yardım və s. verilmədiyini, məzuniyyət hüququndan istifadə etmədiyini və bununla bağlı təklif və ya göstəriş olmadığını, məzuniyyət kompensasiyası verilmədiyini, işlədiyi dövr üçün bu yazdıqlarınızı tələb etdiyinə görə həmişə işdən çıxarılmaqla hədələdiklərini, qərəzli münasibət göstərib hədələdikləri kimi, həmkarlar təşkilatının yığıncağı keçirilmədən, özünə xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixində Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verildiyini bildirmiş və əmək haqqı kartından xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövrü əhatə edən bank çıxarışını araşdırmaya təqdim etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən, Pünhan Quliyevlə Cəmiyyət arasında bağlanılmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2021-ci il tarixli 90-Ş/H nömrəli əmri ilə həmin tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci (Əmək müqaviləsinə xitam verilməsinin əsasları) maddəsinin 2-ci (2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:) hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü ilə;) bəndinə əsasən xitam verildiyi, beş ay sonra xx.xx.2022-ci il tarixində Pünhan Quliyevlə Cəmiyyət arasında yenidən əmək müqaviləsi bağlanıldığı, sonuncu əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2025-ci il tarixli 149 nömrəli əmri ilə həmin tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. Cəmiyyət tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək haqqı hesablama cədvəllərinə və tabellərə baxıldıqda müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164.1-ci (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.) və 165.1-ci (İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.) maddələrinin tələbləri pozularaq Pünhan Quliyevə xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün əlavə əmək haqqı ödənilməmişdir. Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-) əsasən "xxxx" ASC-nin İdarə Heyətinin sədri X17 barəsində İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq iş üzrə icraata başlanılmış və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət təyin edilərək, İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Müraciətin məcburi dövlət sosial sığorta haqqı ilə bağlı olan hissəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-282820/2025 nömrəli məktubla, işsizlikdən sığorta ilə bağlı olan hissəsi isə X15 tərəfindən xx.xx.2025-ci il tarixli 3- 17-2/2-Q-46789/2025 nömrəli məktubla cavablandırılmışdır. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ Pünhan Quliyeva izah edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 2(125)-6880/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 598,74 (beş yüz doxsan səkkiz) manat 74 qəpik məbləğində pulun alınıb, iddiaçı X9 ödənilməsi, iddiaçı X5 ödədiyi mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınıb, iddiaçı X9 ödənilməsi və iddianın qalan-əmrin ləğvi, işə bərpa və cavabdeh tərəfindən ödənilməmiş dövlət sosial sığorta haqlarının Dövlət Sosial Sığorta Fondunun hesabına ödənilməsi tələbləri hissələrdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 460-cı maddəsinə əsasən az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət ərizələrindən görünür ki, qərardan şikayət vermiş şəxslər əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsini, xx.xx.2018-ci il tarixdən etibarən ödənilməmiş əmək haqlarının və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın, iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqının verilməməsini və dövlət sosial sığorta haqlarının ödənilmədiyini bildirərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati orqana edilən şikayətlərdə qeyd edilən bütün hallar üzrə düzgün araşdırma aparılması məqsədilə inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin şikayətçilər qeyd etmişlər ki, X20 Xidmətinin X8 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qəbul edən zaman bu hallardan yalnız birini araşdırmış və İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə pozuntunu müəyyən etmiş həmin maddənin sanksiyasında nəzərdə tutulan min beş yüz manatadək məbləğdə cəriməni isə 1200 manat həddində şərti olaraq tətbiq etmiş, İnzibati Xətalar Məcəlləsinin 192.5, 192.6 və 460-cı maddəsi ilə nəzərdə tutulmuş pozuntular araşdırılmamışdır. Belə ki, məhkəmə iş materiallarını, inzibati xəta haqqında araşdırma materiallarını tədqiq edərək bu nəticəyə gəlmişdir ki, şikayət əsassızdır. Hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X17 tərəfindən AR ƏM-in 164.1 və 165.1-ci maddələrinin tələbləri pozularaq Cəmiyyətin sürücüləri Orxan Quliyev, Pünhan Quliyev və Sərxan Quliyevə 2022-2025-ci iş illərində əlavə əmək haqqı ödənilməmişdir, buna görə də X17 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1200 manat məbləğində şərti olaraq cərimənin tətbiq edilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış ƏƏSMN yanında DƏMX Gəncə regional şöbəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X17 barəsində haqlı olaraq inzibati protokol tərtib edilərək qərar qəbul edilmişdir. Məhkəmə şikayətin iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqının verilməməsi hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarla sözügedən hala qiymət verilərək X17 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1200 manat məbləğində şərti olaraq cərimənin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayətin - əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi hissəsi (X13 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması) və əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi bağlı hissəsi (X13 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması) şikayətçilərə izah edir ki, X9 münasibətdə sözügedən məsələyə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6880/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyi üçün bu hissənin araşdırılması zərurəti yoxdur. X6 dair hissədə isə sözügedən məsələ məhkəmənin icraatında olmaqla, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında müvafiq suallar qoyulmuşdur. Məhkəmə X10 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli ərizələrə və X12 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə istinad edərək qeyd edir ki, sözügedən ərizələrdən də göründüyü kimi Sərxan və Orxan Quliyevlər ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyətinin kompensasiya ilə əvəz edilməsini xahiş etmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2025-ci il tarixli əmrlərdən görünür ki, istehsalat zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən adları aşağıda qeyd olunan avtobus sürücülərinə, o cümlədən X6 və X9 öz ərizələri əsasında istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada kompensasiya hesablanması və ödənilməsi əmr edilmişdir. Bunu təsdiq edən məxaric orderləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə digər şikayətçi X7 münasibətdə qeyd edir ki, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi, xx.xx.2018-ci il tarixdən etibarən ödənilməmiş əmək haqlarının və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın, iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqının verilməməsi ilə əlaqədar X7 mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, məhkəmə şikayətçilər öz ərizəsində dövlət sosial sığorta haqlarının ödənilmədiyini bildirsələr də, qeyd olunmalıdır ki, dövlət sosial sığorta haqlarının ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin səlahiyyətlərinə daxil deyil. Belə ki, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondudur. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçilər X3, X5 və X4 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onların "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X13 barəsində olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X13 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar