Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-382/2026 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Hüquqi şəxs Şəxs X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs X1 Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı hüquq məsləhətçisi Nümayəndə1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs ATSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 yanvar 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs ATSC Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1- 26/2-15266/2025 saylı məktubu ilə tələb edilən sənədi (2024-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2025-ci il tarixdə törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iş materiallarında olan xəbərnamədəki şəxs Allahverdiyev Bəylər mühasib vəzifəsində işləyir və məktub həmin şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Odur ki, əməli etiraf edərək aşağı həddə inzibati cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs ATSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, Şəxs ASC vergi ödəyicisi olan hüquqi şəxsdir (VÖEN: **********). -Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs ATSC-yə ünvanlanmış 08 oktyabr 2025-ci il tarixli, 6-1-26/2-15266/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. Eyni zamanda bildirilmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra-Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. 2024-cü ilə dair emitentin illik hesabatın 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. -Xəbərnamənin surətindən görünür ki, "xxxx" ATSC-yə ünvanlanmış 08 oktyabr 2025-ci il tarixli, 6-1-26/2-15266/2025 saylı bildiriş məktubu Şəxs ATSC-nin əməkdaşı “Allahverdiyev Bəylər” adlı şəxsə 24 oktyabr 2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli, 6-1-26/2-15266/2025 saylı məktubla hüquqi şəxs Şəxs ATSC-yə müraciət edilərək, 2024-cü ilə dair emitentin illik hesabatının təqdim edilməsi və bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Lakin Şəxs ATSC Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, 6-1-26/2- 15266/2025 saylı göstərişi ilə tələb edilən məlumatı təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, 6-1-26/2- 15266/2025 saylı göstərişi ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ATSC tərəfindən təqdim edilməməsi iş materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.2-ci, 107-1.3-cü maddələrinə əsasən Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq); “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs Şəxs ATSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ATSC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs X1 Cəmiyyətinin nümayəndəsi tərəfindən əməlin etiraf edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, əməlin etiraf edilməsi kimi məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs X1 Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs X1 Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-382/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-382/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver