Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-384/2026 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, X3 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində doğulmuş, subay, Kəlbəcər rayonu, Qanlıkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən “OBA” marketdə işləyən Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Gəncə şəhəri Rəfiqə Əliyeva küçəsində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2026-cı il tarixdə o, “OBA” marketə gedərək bibisinin ruhi-əsəb xəstəsi olduğunu, bibisinin alış-veriş üçün marketə gəldiyini, “Oba” marketdə işləyən hansısa qadının ona oğru dediyini bildirmiş və buna görə də rəfiqəsi Şəfa ilə birlikdə həmin marketə gəldiyini demişdir. O, marketdə İradə adlı işçi ilə söhbət edən zaman İradə ona qarşı nalayiq ifadə işlətmiş və bu səbəbdən də o, İradəni itələmişdir. Bundan başqa o, İradəni vurmamış və yaxud da döyməmişdir. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Gəncə şəhəri N.Nərimanov küçəsində yaşayır və rəsmi olaraq Gəncə şəhər 34 saylı "Oba” marketdə işləyir. O, xx.xx.2026-cı il tarixdə Xatirənin bibisinin alış-veriş üçün marketə gəldiyini, orada bir neçə dəqiqə gəzərək çıxıb getdiyini, daha sonra video müşahidə kamerasına baxan zaman həmin qadının cibinə mayonez qoyaraq apardığını görmüş, işçisi vasitəsilə həmin mayonezi geri qaytartmışdır. Bir az keçdikdən sonra İradə yanında bir xanımla “Oba” marketə gələrək orada həmin xanımla birlikdə səs-küy salmağa başlamış, əli ilə sinəsindən itələmiş və ona qarşı nalayiq ifadələr işlətmiş, piştaxtadakı malları aşırtmışdır. İşçilər Xatirəni mağazadan çətinliklə çıxarmışlar. O, hazırda Şəxs şikayətçidir və məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 yanvar 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Zərərçəkmiş şəxs döyməsi faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əli ilə itələmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs döyməsi halları öz təsdiqini tapmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İş materiallarına əlavə edilmiş DVD diskdə yazılmış video görüntüyə baxarkən müəyyən olunur ki, Şəxs ictimai yer olan mağazaya daxil olur, orada səs-küy salır, satıcını əli ilə itələyir və rəfdə olan malları qəsdən dağıdır, onu mağazadan çölə çıxartdıqdan sonra da əli ilə nalayiq işarələr göstərir. Azərbaycan Repubilkasının İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin baxılmasına xitam verilməlidir. İş materiallarında olan hadisənin görüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs əməlində cinayətin əlamətləri aşkar edildiyinə görə Şəxs barəsində toplanmış materiallar Gəncə şəhər prokuroruna göndərilməlidir. Məhkəmə təqsirlilik məsələsinə əvvəlcədən hüquqi qiymət vermədən onu qeyd edir ki, Şəxs ictimai yer olan mağazada DVD diskdə qeyd olunan hərəkətləri düzgün araşdırılmalı və məsələyə düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Repubilkasının İXM-in 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin baxılmasına xitam verilsin. Şəxs əməlində cinayətin xarakterli əlamətlər aşkar edildiyinə görə Şəxs barəsində toplanmış materiallar Gəncə şəhər prokuroruna göndərilsin və nəticəsi barədə məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-384/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-384/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver