Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-400/2026 03.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, X3 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs -Gəncə şəhər BPİ-nin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N E T D İ: Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Nümayəndə tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri, Əttarlar küçəsində “Mercedes” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman ucadan nalayiq ifadələr işlədib və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 02 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 02 fevral 2026-cı il tarixdə Şəxs idarə etdiyi “Mercedes” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etmişdir. Bununla da o, İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-nin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Nümayəndə izahat verərək bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri, Əttarlar küçəsində “Mercedes” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman ucadan nalayiq ifadələr işlədib və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan əlavə o, narkotik vasitənin təsiri altında avtomobil idarə etmiş, lakin şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq polis sahə rəisi Nümayəndə bildirdi ki, hadisəni o, özü görməmiş, protokolu isə raport əsasında tərtib etmişdir. Hadisə ilə bağlı hər hansı video-görüntü və ya şəkil yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünə məxsus “Mercedes” markalı avtomobili idarə edərkən Gəncə şəhəri, “Təzə Bazar” adlanan ərazidə Gəncə Şəhəri BPİ-nin DYPŞ-nin əməkdaşları ona saxla əmri vermiş və o da avtomobili dayandırmışdır. O, həmin vaxt polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Saxla əmri veriblər o da avtomobili saxlayıb. Onu saxlayan zaman polis əməkdaşlarına xəstə olduğunu və xəstəxanaya getdiyini bildirmişdir. Polis əməkdaşları onu sıxışdırıb avtomibili aprmaq istiyəndə o özü avtomobilin açarını təqdim edərək, özünü yaxşı hiss etmədyini xəstəxanada iynə vurdurmalı olduğunu bildirmişdir. Bundan sonra o polis şöbəsində aparıldıqdan sonra ona analizlər verməlisən deyiblər o da analiz vermək istəmədiyini bildirmiş və bundan imtina etmişdir. DYPŞ-də olan zaman mübahisələri yaranmış və səs-küy olmuşdur. O, bundan başqa heç nə etməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o, Gəncə şəhər BPİ-nin Əlahiddə yol-patrul xidməti bölüyü yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri, Əttarlar küçəsindən Abbas Səhhət adlanan yerə qədər şəxsin arxasınca düşərək saxla əmri vermişlər və o, avtomobili Abbas Səhhət adlanan yerdə saxlamışdır. Şəxsin idarə etdiyi avtomobillə onların idarə etdiyi avtomobilin arasında üç avtomobil olmuşdur. Şəxs avtomobil nömrəsində dəyişiklik etdiyi üçün onlar Şəxs saxlatmışlar. Onlar şəxsin idarə etdiyi avtomobili saxladıqdan sonra Şəxs onlara tabe oldu, avtomobili təhvil verdi və onlarla birlikdə şöbəyə getdi. Orada olan zaman səs-küy salaraq avtomobilini vermələrini istəmiş, həmin vaxt səs-küyə Kamil müəllim çıxmış, şəxsdən hər hansı narkotik vasitə istifadə etməməsini soruşmuş və onlara göstəriş vermişdir ki, şəxsi narkoloji dispanserə aparıb tibbi müayinədən keçirsinlər. Bundan sonra Rövşən bundan imtina etdiyinə görə onlar PPX əməkdaşlarını dəvət edərək şəxsi narkoloji dispanserə aparmışlar və orada olan zaman şəxs tibbi müayinədən keçməkdən, yəni analiz verməkdən imtina etmişdir. Gəncə şəhər DYPŞ-də olan zaman şəxs heç bir nalayiq ifadə işlətməmiş, sadəcə səs-küy salaraq ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektorudur. xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri, Dəyirman dairəsində olan zaman radio stansiya vasitəsi ilə digər yol patrul xidməti avtomobili onları köməyə çağırmışdır. X6 adlanan yerə çatdıqda artıq digər yol patrul xidməti əməkdaşları şəxsi saxlamışdılar. Həmin vaxt şəxs avtomobildən düşüb xəstəxanaya getdiyini bildirdi. Orada biraz səs-küy saldı, tabesizlik göstərdi. Sonra tağım komandiri gəldikdən sonra onlar şəxsi avtomobilə əyləşdirən zaman açarı verdi və şəxsi DYPŞ-yə gətirmişlər. Orada olan zaman da şəxs nalayiq ifadələr işlətməsə də səs-küy salmışdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhər BPİ-nin X7 Şöbəsinin inzibati binasının həyətində olan zaman səs-küy salması, Gəncə şəhər BPİ-nin X7 Şöbəsinin iş rejimini pozması və ətrafda olan vətəndaşların diqqətini öz üzərinə cəlb etməklə ictimai qaydanı pozması tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi və nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334-1.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması nə özünün ifadəsi, nə də ki bu halı təsdiq edən hər hansı bir şahid ifadəsi, video-görüntü və ya səs yazısı ilə sübut olunmamışdır. İş üzrə yeganə sübut olan məhkəmə iclasında dindirilmiş şahidlər Şəxs polisin qanuni tələblərinə əməl etməməsi ilə bağlı bir-birinə uyğun olmayan ziddiyyətli ifadə vermişdir. Həmçinin İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini sübut edən tibbi müayinə protokolu (aktı) və ya hər hansı bir rəy mövcud deyildir (şəxsin tibbi müayinədən keçməkdən imtina etməsi Aktlaşdırılmamış və buna uyğun olaraq onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir). Qeyd edilən sənədlər mövcud olmadığından şəxsin hansı narkotik vasitədən, psixotrop maddədən və ya hər hansı güclü təsir edən maddədən istifadə etməsini və həmin istifadə nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sərxoş olub-olmamasını müəyyən etmək qeyri-mümkündür. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 334-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi yoxdur və sübuta yetirilmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək, o cümlədən Şəxs özünün ifadəsi əsasında belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 334-1.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs (FİN- xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-400/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-400/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver