Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-43/2026 08.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də əl ilə yükvuran vəzifəsində işləyən, Gəncə şəhəri, Heydər Əliyev prospekti 256 ünvanında qeydiyyatda olmaqla ünvan 2rayə evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 08 yanvar 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib olunmuş 08 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə ölüm hadisəsi ilə əlaqədar olaraq 2-ci PŞ-nə izahat vermək məqsədilə dəvət olunan zaman söyüş söymüş və polisin əmrinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 05:00 radələrində əməliyyat müvəkilləri Kamran Sabirli və Amin Heydərov tərəfindən Şəxs və X3 ölüm hadisəsi ilə bağlı izahat vermək üçün Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət olunsalar da, onlar ucadan nalayiq ifadələr işlədərək onlardan buna məhəl qoyulmasını tələb edilən polis əməkdaşlarının əmrinə qəsdən tabe olmamışlar. Məhz buna görə də Şəxs və X1 şəhər 2-ci X6 Hissəsinə təhvil verilmişlər. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2026-cı tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. Şəxs izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə işdən evə gələrkən xalasıoğlu Elvin və dostu Fizulinin evdə oturub xaş bişirdiklərini görmüş, daha sonra yarım litr araqla xaş yemişlər. Bu zaman xalasıoğlu Samid digər xalasıoğluna zəng edərək dostu ilə birlikdə onlara qonaq gəldiyini bildirmiş, bir az sonra isə dostu Hüseyn ilə birlikdə onun evinə gəlmişdir. Təxminən 30-40 dəqiqə keçdikdən sonra xalasıoğlu Samid ona işi ilə əlaqədar getməli olduğunu bildirmiş, buna görə də “Bolt” proqramından taksi sifariş etmişdir. Samid gedəndən sonra qapını bağlayıb, yeməyi yığışdırmış və günəbaxan tumu çırtlamağa başlamışlar. Bu zaman qapı döyülmüş, qapını açanda Samidin “Elşən” adlı polis rəisi də daxil olmaqla 7 nəfər polis əməkdaşı ilə gəldiyini görmüşdür. Polis rəisi onlara əyinlərini geyinib polis şöbəsinə getməli olduqlarını bildirmiş, onlar isə heç bir müqavimət göstərmədən evin işığını keçirib, qazı bağlayıb polis əməkdaşlarının şəxsi avtomobilləri ilə getmişlər. Polis şöbəsində rəis onları qəbul etdikdən sonra onları birinci mərtəbəyə düşürərək iki gün müddətində şöbənin kolidorunda saxlanılmışlar. Həmçinin izahat verilməsi üçün Gəncə şəhər prokurorluğuna aparılmışlar. Bugünədək onlardan heç bir izahat alınmamışdır. Sonda qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı X7 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə baş vermiş ölüm hadisəsi ilə bağlı üç nəfər şəxsin gizləndiyi barədə məlumat daxil olmuşdur, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kapitanı Kamran Sabirli ilə birlikdə həmin şəxslərin yaşadığı evə yaxınlaşaraq baş vermiş hadisə ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də izahat verməli olduqları bildirilmiş, onlar isə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş -07 yanvar 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 yanvar 2026-cı il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. -08 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə ölüm hadisəsi ilə əlaqədar olaraq 2-ci PŞ-nə izahat vermək məqsədilə dəvət olunan zaman söyüş söymüş və polisin əmrinə tabe olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi şahidin ifadəsi, həmçinin inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, polis əməkdaşları tərəfindən Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətməsi səbəbindən irad bildirilmiş, lakin o, öz hərəkətlərini davam edərək, polis əməkdaşlarının qanuni tələbinə əhəmiyyət verməyərək və tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 07 yanvar 2026-cı il tarixdən, saat 05:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 07 yanvar 2026-cı il tarixdən, saat 05:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-43/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-43/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver