Məhkəmə qərarları › İş №3(5-121)-449/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-449/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-449/2026 06.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 2026-cı il 06 fevral tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2010/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 ödənilməlidir. Aliment tələbi üzə borclu Şəxs aliment borcu 2000 manat təşkil edir. Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilərək məhkəmə qərarının icrası tələb edilmişdir. Lakin borclu məhkəmə qərarını icra etməkdən boyun qaçırtmışdır. Bununla da, borclu Şəxs icra sənədi üzrə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən icra məmuru X3 tərtib etdiyi protokolun məzmununa uyğun çıxış edərək protokolu müdafiə etdiyini və Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, borcunu ödəyə bilməməsi qərəzli olmamışdır. Aylıq maaşı 300 manat təşkil edir. xx.xx.2026-cı il tarixində aliment borcundan 700 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs ilə şifahi formada razılığa gəlmiş və qalan aliment borcunu xx.xx.2026-cı il tarixinədək ödəyəcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində aparılan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək bildirdi ki, borclu Şəxs aliment borcundan 700 manat ödəniş etmişdir. Halhazırda 1300 manat aliment borcu vardır. xx.xx.2026-cı il tarixinədək qalan aliment borcunun ödənilməsi barədə borclu ilə razılığa gəlmişdir. Borclu Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: “İcraata başlamaq haqqında” 2024-cü il 18 iyul tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2010/2024 nömrəli icra sənədini icraatına qəbul edərək icra sənədi üzrə icraata başlamışdır. “Tələbin könüllü icrası haqqında” 2024-cü il 18 iyul tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üçün 10 gün müddət verilmişdir. xx.xx.2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “İnkasso” sərəncamından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2010/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası üzrə borc tam ödənilənədək Şəxs “********************” nömrəli bank hesabından hər ay 126 manat pul tutularaq müvafiq hesaba köçürülməlidir. xx.xx.2026-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs bank kart hesabına 700 ( yeddi yüz) manat ödəniş etmişdir. Müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs müvafiq vaxtlarda aliment borcundan ödənişlər etmişdir. Həmçinin xx.xx.2026-cı il tarixində də aliment borcundan 700 manat ödəniş etmişdir. Şəxs məhkəmə iclas zalında aliment borcunun qalan hissəsini xx.xx.2026-cı il tarixinədək ödəyəcəyini bildirməsi də onu göstərir ki, o, borcunu və aliment haqqını ödəmək niyyətindədir və icra sənədi üzrə tələbi icra etməkdən yayınmır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar