Məhkəmə qərarları › İş №3(5-121)-450/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-450/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-450/2026 06.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Tərtər rayonu, Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 2026-cı il 04 fevral tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 2026-cı il 04 fevral tarixində Şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlədib və ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 özü tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixində onu polis bölməsinə dəvət etmişlər və o da polis bölməsinə gəlmişdir. Ona orada təhqiqatçı Ceyhun Musayev vətəndaşları aldadıb adına olan bank kart hesabına pulların köçürüldüyünü bildirmişdir. O isə heç nədən xəbəri olmadığını bildirmişdir. Əsəbi olduğu üçün səs-küy salmış və ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra Rabitə banka getmişlər, orada bank kartından müəyyən çıxarışlar verilmişdir. Araşdırma zamanı kartın onun adına olduğunu müəyyən olunmuş, lakin həmin kartı qardaşı oğluna istifadə etmək üçün verdiyini bildirmişdir. Sonra isə polis şöbəsinə qayıtmışlar. Polis şöbəsində olarkən qeyd edilən məsələ ilə bağlı qardaşı oğluna əsəbiləşdiyi üçün səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, əsəbi olduğu üçün polis əməkdaşlarının sözlərinə məhəl qoymamışdır. Əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci X5 bölməsinin baş təhqiqatçısı X4 ifadə verərək bildirdi ki, xx.xx.2026-cı il tarixində vətəndaşın ərizə ilə müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaşı aldadaraq pulun köçürüldüyü bank kartı Şəxs məxusdur. Bu səbəbdən də həmin şəxs polis bölməsinə dəvət edilmişdir. O izahat verərək heç nədən xəbəri olmadığını, kartını itirdiyini bildirmişdir. O xidməti otaqda və dəhlizdə ucadan nalayiq ifadələr işlədərək kartdan istifadə etmədiyini bildirmişdir. Daha sonra birgə Rabitə banka getmişlər, orada ona onun adına olan kart hesabına xeyli miqdarda pul vəsitinin köçürüldüyünü və çıxarıldığını qeyd etmişlər. Daha sonra Polis şöbəsinə qayıtmışlar, Poliş şöbsinin qarşısında Şəxs yenidən səs-küy salmışdır, daha sonra araşdırmanın gedişində Şəxs qeyd edilən kartın onun adına alındığını, lakin istifadə üçün qardaşı oğluna verdiyi məlum olmuşdur. Qardaşı oğluna əsəbi olduğu üçün ucadan nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamışdır. İş materiallarına əlavə edilmiş: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 2026-cı il 04 fevral tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 2026-cı il 04 fevral tarixində saat 17:00-da inzibati qaydada tutulmuşdur. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, Şəxs himayəsində bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və şahidin izahatını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli etiraf etməsini və səmimi peşmançılığın onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini və törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, iş üzrə ağırlaşdıran və yüngülləşdirən halları, himayəsində bir azyaşlı uşağının olmasını, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları və İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar