Məhkəmə qərarları › İş №3(5-121)-455/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-455/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-455/2026 10.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün xx.xx.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, iş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin tələblərinin pozulmasına görə tərtib edilmiş, maddənin dizpozisiyası nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən isə qeyd edilən maddənin hansı tələblərinin pozulmasını müəyyən etmək mümkün olmamış, xətanın mahiyyəti aydın şəkildə göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin tələblərinin pozulmasına görə tərtib edilmiş maddənin sanksiya hissəsində inzibati xətanın predmeti olmuş obyektin müsadirə edilməsi qət edimişdir Lakin hazırki iş üzrə toplanmış material ümumilikdə dörd səhifədən və ona əlavə edilmiş bir ədəd “CD” diskdən ibarət olmaqla, xətanın obyekti olmuş predmet barədə məlumatlar, həmin predmetin mövcud olması, olduğu təqdirdə onun müqəddəratı, yerləşdiyi yer və obyekt barədə digər zəruri məlumatlar, saxlanca götürülüb-götürülməməsi, maddi sübut kimi tanınaraq saxlanılması üçün hara saxlanca verilməsi iş materiallarında öz əksini tapmamışdır. Odur ki, inzibati xətanın törədilməsində alət olmuş predmet məhkəməyə təqdim olunmadığı üçün inzibati xəta haqqında protokola baxıb işi tamamlamaq mümkün deyil. Bu səbəbdən də həmin alətin götürülüb-götürülməməsi, götürüldüyü təqdirdə onun məhkəməyə hansı səbəbdən təqdim edilməməsi məsələləri aydınlaşdırılması üçün protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar