Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-456/2026 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Hüquqi şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsindən tərəfindən tərtib edilmiş 30 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri, Atatürk prospekti ünvanında yerləşən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus rekonstruksiya olunan tikintidə xx.xx.2026-cı il tarixdə yanğın-texniki müayinə zamanı YTQ-nin № 01-2001 1.9.12-ci bəndi və YTQ-nin № 05-86 1.7-ci bəndinin pozulması aşkar olunmuşdur. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə plan üzrə (növbəti) cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsinin aparılması zamanı yoxlayıcı kimi iştirak etmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 6-cı bəndinin tələblərini pozmuş və layihə sənədlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti ilə razılaşdırmadan tikinti işləri aparmışdır. Həmçinin protokolda qeyd olunmuş digər yanğın təhlükəsizliyi qaydaları “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsini dinləyib, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “X3” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, “X3” MMC vergi ödəyicisi olan hüquqi şəxsdir (VÖEN: **********). -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsinin “planlı (növbəti) yoxlamanın aparılması haqqında” 09 yanvar 2026-cı il tarixli, 3-18-78/Q-104/2026 nömrəli qərarından görünür ki, xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətində “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə riayət olunub-olunmaması hallarının araşdırılması üçün plan üzrə növbəti yoxlamanın keçirilməsi qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY262478426 nömrəli, xx.xx.2026-cı il tarixli çıxarışdan görünür ki, FHN X1 Xidməti tərəfindən Gəncə şəhəri, Atatürk prospekti ünvanında yerləşən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə plan üzrə (növbəti) cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsinin aparılması nəzərdə tutulur. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsi tərəfindən təsdiq edilmiş planlı (növbəti) yoxlama ilə bağlı yoxlama suallarının siyahısından görünür ki, X1 üzrə “X3” MMC-yə məxsus Gəncə şəhəri, Atatürk prospekti ünvanında aparılan planlı (növbəti) yoxlama zamanı YTQ-nin № 01-2001 1.9.12-ci bəndinin (Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X1 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək), 6.1-ci bəndinin (Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər), 8.1-ci bəndinin (Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir. Müəssisələrin yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir) və YTQ-nin № 05- 86 1.7-ci bəndinin (müəyyən edilmiş normalara müvafiq olaraq yanğınsöndürmə vasitələrinin mövcud olması, saz halda və həmişə işə hazır vəziyyətdə saxlanması), 2.2-ci bəndinin (tikintinin yardımçı obyektlərinin yanğın təhlükəsizliyi tələbatı nəzərə alınmaqla tərtib olunmuş və təsdiq edilmiş baş tikinti planına müvafiqliyi), 7.6-cı bəndinin (elektrik şəbəkələrinin, elektrik avadanlıqlarının istismarı qaydalarına riayət olunması) 10.1-ci bəndinin (daimi xarici su kəməri şəbəkəsinin çəkilməsi və yanğın hidrantlarının qurulması, eləcə də yanğın su hovuzlarının və digər su mənbələrinin yaradılması) tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsinin 30 yanvar 2026-cı il tarixli, 3-18-78/Q-104/2026 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, FHN X1 Xidməti tərəfindən Gəncə şəhəri, Atatürk prospekti ünvanında yerləşən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə plan üzrə (növbəti) cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsi keçirilən zaman YTQ-nin № 01-2001 1.9.12, 6.1, 8.1-ci bəndləri və YTQ-nin № 05-86 1.7, 2.2, 7.6 və 10.1-ci bəndlərinin pozulması aşkar olunmuşdur. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsinin 02 fevral 2026-cı il tarixli, 3-18-78/Q-664/2026 nömrəli “yoxlama materiallarına baxılmasının nəticələri üzrə” qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. 24-cü maddəsinin 5-ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. 25-ci maddəsinin 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X1nin aparılması ilə bağlı müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq hüququna malikdir. 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” 01-2001 nömrəli Qaydalarının: 1.9. Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 1.9.12. Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X1 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək. 6.1. Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. 8.1. Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir. Müəssisələrin yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs “X3” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs “X3” MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında hüquqi şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Hüquqi şəxs “X3” X4 Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-456/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-456/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver