Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-457/2026 19.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə Regional X3 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi Gəncə Regional X3 İdarəsinin nümayəndəsi Dövlət yanğı nəzarəti şöbəsinin inspektoru daxil xidmət kapitanı X1 iştirakları ilə, Hüquqi şəxsin ünvanı ünvan 1i Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə Regional X3 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə Regional X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
2. Həmin protokolda və ona əlavə edilmiş materiallarda qeyd edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 237B, 239A-B, 241A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bolmart” ərzaq mağazasında xx.xx.2026-cı il tarixdə planlı yanğın texniki müayinə keçirilən zaman yanğın təhlükəsizliyi qaydasının pozulması müəyyən edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
İş üzrə proses iştirakçılarının izahatları:
3. Gəncə Regional X3 İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış planlı yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İdarəyə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə məktub daxil olmuşdur. Lakin həmin məktuba əlavə edilmiş sənədlər əsasında müəyyən edilir ki, müəssisə tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı pozuntular aradan qaldırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur.
4. İş üzrə şahid qismində izahat verən Şahid bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış yoxlama zamanı o da iştirak etmişdir. Yoxlama nəticəsində kifayət qədər ciddi pozuntular aşkar edilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş müəssisənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallar:
6. 9 yanvar 2026-cı il tarixli, 3-18-78/Q-105/2026 saylı “Planlı (növbəti) yoxlamanın aparılması haqqında” Qərarla Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 237B, 239A-B, 241A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bolmart” ərzaq mağazasında plan üzrə yoxlamanın aparılması qərara alınmışdır.
7. 23 yanvar 2026-cı il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin” Çıxarışından görünür ki, aparılmış yoxlamalar KY262479077 nömrəsi ilə vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
8. 26 yanvar 2026-cı il tarixli, Q-105 nömrəli “Yanğın-texniki müayinə akt”ından qeyd edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 237B, 239A-B, 241A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bolmart” ərzaq mağazasında aparılmış yoxlama zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9.1, 2.5, 8.1, 3.18.2, 3.19.16, 6.7.2, 8.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə Regional X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Bolmart” ərzaq mağazasında xx.xx.2026-cı il tarixdə yanğın texniki müayinə keçirilən zaman YTQN 01-2001, bənd 2.5; b, 8.1, YTQN 03-2022, bənd 3.19.16 pozulması aşkar edilmişdir.
10. 27 yanvar 2026-cı il tarixli, 3-18-78/Q-521/2026 saylı “Yoxlama materiallarına baxılmasının nəticələri üzrə” Qərarda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Bolmart” ərzaq mağazasında aparılmış yoxlama zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın yanğın təhlükəsizliyi tələblərinə ciddi riayət edilmədiyi, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları təlimata uyğun olaraq işlənib hazırlanmadığı, yanğına qarşı su təchizatı xətlərinin iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmaması, hava dəyişmə qurğularına profilaktik xidmət göstərilmədiyi, naqil və kabellərin izolyasiyasının vəziyyətinə, izolyasiyalarının gərginliyə qarşı müqavimətinə, birləşdirmə yerlərinə və elektrik mühərriklərinin iş rejiminə xarici baxış keçirilmədiyi və cihazlar vasitəsi ilə yoxlanılmaması, obyektdə olan ödsöndürənlərin düzgün yerləşdirilməməsi, köçürmə keçidləri, çıxış yolları, dəhlizlər, pilləkənlərin hər hansı əşyalarla tutulmasına, mal və avadanlıqların yığılmasına, həmçinin bu yerlərdən yardımçı xidmət üçün istifadə edilməsinə icazə verildiyi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti ... 18.5 Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Maddə 518. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi 518.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
12. “Yanğın təhkükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: ... Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək; 2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq; ... 6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir
14. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
15. Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər, eləcə də hüquqi şəxslər mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər.
16. Başqa sözlə hər hansı subyektin İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün bu subyekt yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərini pozmalı və ya yerinə yetirilməməli, həmçinin bu hal mötəbər sübutlarla təsdiq edilməlidir.
17. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir.
18. Hazırkı qərarın 6-10 bəndlərində əks edilmiş mötəbər sübutlar əsasında "xxxx" MMC tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərini pozulması halı müəyyən edilir. Bundan əlavə "xxxx" MMC tərəfindən yanğın nəzarətini həyata keçirən qurumun qanuni göstərişlərinin icra olunmadığı aşkardır. Belə olan halda qeyd edilən hüquqi şəxsin İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qaçılmazdır.
19. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qanunvericilik İXM-in 518.1-ci maddəsində inzibati tənbeh qismində hüquqi şəxsə münasibətdə 350 manatdan 500 manatadək məbləğdə inzibati cərimə müəyyən etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində ilk dəfə qeyd edilən maddə ilə inzibati protokol tərtib edildiyindən bu hüquqi şəxs 350 manat məbləğində inzibati cərimə edilməlidir.
20. Qeyd edilənlərdən əlavə məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi institutu mövcuddur. Qanunverici qeyd edir ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin ... və 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.
21. Məhkəmə qeyd edir ki, məhkəmə prosesi zamanı aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC barəsində hazırkı qərara analoji qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda qanunvericiliyin tələbi baxımından hazırkı vəziyyətdə "xxxx" MMC-yə təyin edilmiş cərimə şərti olaraq təyin edilməlidir.
22. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarını rəhbər tutan məhkəmə hesab edir ki, hüquqi şəxs hazırkı inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir.
23. Göstərilənlərə əsaslanaraq İnzibatı Xətalar Məcəlləsinin İXM-nın 40, 43, 48-51, 114- 116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
"xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. "xxxx" MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 idarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kəmalə Bayramova