Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-497/2026 18.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1nun, səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakları ilə, Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus “BMW 5281” minik markalı avtomobillə İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Avtomobildə mövcud olan M paket bamper yalnız vizual xarakter daşıyır.Bu dəyişiklik avtomobilin konstruktiv quruluşuna müdaxilə etmir və istehsalçı tərəfindən həmin model üçün nəzərdə tutulmuş dizayn elementdir. Sözü gedən bamper nə yol hərəkəti təhlükəsizliyinə, nə də ki, hərəkət iştirakçılarına hər hansı təhlükə yaratmır. Avtomobilin ölçülərində, təhlükəsizlik sistemlərində və funksional hissələrində dəyişiklik aparılmamışdır. Ön duman faraları M paket bamper üçün normativ hüquqi aktlarda məcburi texniki kimi göstərilməmişdir. Bu səbəbdən onların olmaması inzibati xəta tərkibi yaratmır. Avtomobil texniki baxışdan keçmiş, və hazırda işıq sistemləri, əyləc sistemi, təkərlərin vəziyyəti, ümumi texniki təhlükəsizlik göstəriciləri tam şəkildə normativ tələblərə cavab verir. İXM-nin 342.2.2-ci maddəsi yalnız təhlükəsizlik tələblərini pozan konstruktiv dəyişiklliklərə şamil edilir. Avtomobilində isə belə bir hal mövcud deyil. Qeyd edir ki, xx.xx.2026-cı il tarixdə saat 12:10 radələrində Gəncə şəhər X9 Şöbəsinin YPX inspektoru polis serjantı X4 anası avtomobildə olduğu halda düşürdüb cərimə meydançasına aparmışdır. X1 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş X4 çıxışında şikayətçinin ərizəsində göstərdiyi hallara görə yox, avtomobildə duman farasının ləğv edilməsinə görə onun barəsində cərimə tətbiq edildiyini bildirərək, inzibati xətanın predmeti olmuş BMW 5281” minik markalı avtomobilin videogörüntülərini məhkəməyə təqdim edərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2026-cı il tarixdə saat 12:10-da “BMW 5281” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə” görə yol-hərəkət qaydasını pozduğu üçün İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, şikayətçi H.Məmmədova məxsus “BMW 5281” minik markalı avtomobildə duman faraları ləğv edilmişdir. Qeyd edilməlidir ki, nəqliyyat vasitələri və onların hər bir ehtiyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiqlənmiş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq “təhlükəli hərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaratmış olur. Azərbaycan Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il beynəlxalq Vyana Konvensiyasına qoşulmuşdur. Bununla əlaqədar 1998-ci ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Həmin Qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan göründüyü kimi, xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə, onun istismarı qadağan olunmalıdır. Bundan başqa “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanuna 1 saylı Əlavənin İİİ hissəsinə əsasən xarici işıq cihazlarının miqdarının, tipinin, rənginin, yerləşməsinin və iş rejiminin nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısına daxildir. Həmçinin məhkəmə iclasında müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-497/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-497/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver