Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-498/2026 19.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayətində bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmin qərara əsasən, guya o yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, “MİTSUBİSHİ PAJERO” markalı ** SR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və vəkillik fəaliyyəti ilə məşğul olur. Elə protokolun qeydə alındığı vaxtda da, yəni 02 sentyabr 2025-ci il tarixində o peşə fəaliyyəti ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsində və Gəncə Şəhər Məhkəməsində olub. Yəni o, həmin vaxt qətiyyən protokolun qeydə alındığı M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun, 66-cı kilometrində olmayıb. Buna həm müşahidə kameralarına, həm də Gəncə Apellyasiya Məhkəməsində və Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasının audio-video yazısına baxmaqla tam əmin olmaq olar. Bundan başqa, protokola dair “ASAN ödəniş” elekrton portalına yerləşdirilmiş 3 ədəd fotoşəkildən 2-sində onun avtomobilinin fotosu ümumiyyətlə yoxdur və həmin fotolardan açıq-aydın görünür ki, günün işıqlı vaxtıdır. Lakin avtomobilin qeydiyyat nömrə nişanının şəklini əks etdirən 3-cü fotoda isə günün qaranlıq vaxtının olması müəyyən olunur ki, bu da protokolun qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Həmçinin, həmin portalda protokola dair video da əlavə olunmamışdır. Bununla bağlı daha əvvəl qəbul edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 02 sentyabr 2025-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermiş, məhkəmə qərarı ilə şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 02 sentyabr 2025-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Lakin qərarın yenidən araşdırılması üçün ləğv edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən hər hansı araşdırılma aparılmadan yenidən eyniməzmunlu xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra həmin qərardan da şikayət vermiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 28 oktyabr 2025-ci il tarixli EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, şikayətində və qeyd edilən qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi qərara alınmışdır. Lakin məhkəmə tərəfindən göstərişlərə baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi yenə də hər hansı bir araşdırılmadan eyniməzmunlu xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli və xx.xx.2026cı il tarixli, EQ/ 30365651 nömrəli qərarlar qəbul edilmişdir. Ona görə də hesab edir ki, DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, məhkəmə qərarları ilə iki dəfə elektron qərarlar ləğv olunaraq şikayətində və qeyd edilən qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi üçün qərarı qəbul etmiş orqana göndərilsə də, yenə də hər hansı bir araşdırılmadan eyniməzmunlu xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli qərarlar qəbul edilmişdir. Odur ki, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MİTSUBİSHİ PAJERO” minik markalı, ** SR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X3 məxsusdur. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-4203/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. - xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 01 sentyabr 2025-ci il tarixində saat 18:14:43-də Bakı- Ələt-Gürcüstan yolu, 66-cı kilometrliyində İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. - DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X5 barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan görünür ki, inzibati xəta haqqında işə yenidən baxılarkən elektron qərar üzrə foto və video görüntülər əsasında sürücünün sözügedən avtomobillə sürət məhdudiyyəti 90 km/saat olduğu halda 134 km/saat sürətlə hərəkət etdiyi təsdiqini tapmış, eləcə də nəqliyyat vasitəsinin etibarnamə əsasında vətəndaş C.Əliyevin istifadəsində olması müəyyən edilmiş və bu baxımdan da qayda pozuntusu tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətçi X4 dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. -76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. -122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. xx.xx.2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X5 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2026-cı il tarixli, 16/1- 263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərar və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı və sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilən sorğuya cavab verilməmişdir. Sadalanan qanunvericilik normalarının tələblərinə riayət olunubolunmaması haqqında qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərar və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərar və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Bundan əlavə, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən X2 şikayəti qismən təmin edilməklə, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunan xüsusatlar araşdırılmadan yenidən xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra, X5 həmin qərardan şikayət vermiş, Gəncə Şəhər Məhkəməsinin 3(125)-4203/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə X2 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Lakin bir daha Gəncə Şəhər Məhkəməsinin 3(125)-4203/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunan xüsusatlar araşdırılmadan yenidən xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2026-cı il tarixli, 16/1- 263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X5 tərəfindən törədildiyi qeyd edilən əməldə Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərar və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, 16/1-263943 nömrəli inzibati xəta haqqında iş üzrə qərar və xx.xx.2026-cı il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-498/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-498/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver