Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-504/2026 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Abbaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X15 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 21:10 radələrində sürücü Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “Daevoo Nexia” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olub, birinci dərəcəli yolun boş olmasına diqqət yetirmədən sol istiqamətə dönmə əməliyyatı edən zaman Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “VAZ-21074" markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 21:10 radələrində idarə etdiyi “Daevoo Nexia” markalı **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olarkən birinci dərəcəli yolun boş olmasına diqqət yetirmədən sol istiqamətə dönmə əməliyyatı edən zaman Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074" markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxmış və həmin avtomobillə toqquşmuşdur. Sonda məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı avtomobilində onunla birlikdə avtomobilin mülkiyyətçisi dayısıoğlu olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və zərərçəkmiş şəxs bu barədə notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və digər zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 26 fevral 2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş edir. Ona görə də məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq rədd edilməsi və sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddənin tələblərinə uyğun olaraq inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün, qəbul edilmiş qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. -Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Daevoo Nexia” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı X3 məxsusdur. xx.xx.2026-cı il tarixdə təxminən saat 21:00 radələrində tanışı X8 və Cabbarlı Zahidə.Zahid qızı ilə birlikdə idarə etdiyi “Daevoo Nexia” minik markalı avtomobillə Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə hərəkətdə olub sola dönmə əməliyyatı etmək istəyərkən qarşı tərəfdən düzünə hərəkətdə olan “Vaz 21074” markalı avtomobilin hərəkət yoluna çıxaraq toqquşma hadisəsi baş vermişdir. Qeyd etmişdir ki. həmin vaxt avtomobildə olan qadın cinsli sərnişin xəsarət aldığından hadisə yerinə TTY avtomobili gələrək xəsarət almış şəxsi xəstəxanya apardılar. Daha sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə edib fotoşəkillər çəkdilər. Bundan sonra sərxoşluq müayinəsindən keçmək üçün narkoloji disponserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. -Araşdırma zamanı izahatı alınmış X8 və X4 izahatlarını Şəxs izahatına uyğun verərək onun dediklərini bir daha təsdiq etmişdir. -Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki. onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ-21074" minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2026-ci il tarixdə təxminən saat 21:10 radələrində o idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən H.Əliyev adına istirahət parkının qarşısı ilə hərəkətdə olub, yaşadığı ünvana gedərkən qarşı tərəfdən hərəkətdə olan “Daevoo Nexia” minik markalı avtomobilin sürücüsü qəflətən onun hərəkət yoluna çıxaraq dönmə əməliyyatı edərkən toqquşma hadisəsi baş verdi. Bir neçə dəqiqə sonra isə hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etdilər. Sərxoşluq müayinəsindən keçmək üçün narkoloji disponserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. Qeyd etmişdir ki, hadisə zamanı o hər iki diz nahiyyəsindən və döş qəfəsindən xəsarət almış və Gəncə şəhər Z.Məmmədov adına xəstəxanaya müraciət etmişdir. -X1 Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2026-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ciddi bədən xəsarəti almadığından məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. -xx.xx.2026-cı il tarixli, 77 saylı məhkəmə-tibb ekspertizasının rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki diz nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması - KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2026-cı il tarixdə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -177/2026 nömrəli, 17 yanvar 2026-cı il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. -178/2026 nömrəli, 17 yanvar 2026-cı il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. -2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən qeydə alınmış xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X5 tərəfindən Zərərçəkmiş şəxs “VAZ-21074" minik markalı **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti 09 il 10 ay 23 gün müddətinə, xx.xx.2034-cü il, saat 23:59-dək etibar edilmişdir. -Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 26 fevral 2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şəxsin etirafedici ifadəsi, inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs öz əməlini etiraf etməsini, əməlindən səmimi peşmanlıq keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı tamamilə ödəməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Şəxs məsuliyyətini məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi. üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X14 Şöbəsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və törədilən xəta 5 balla qiymətləndirilməklə barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X14 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-504/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-504/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver