Məhkəmə qərarları › İş №3(5-121)-515/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-515/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-515/2026 10.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs X7, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-979/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəlludlu X1 üçün borclu Şəxs oğundan X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibat məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəfindən borcluya təqdim edilmişdir. Belə ki, borclu Məmmədov Xəİil Sahib oğlu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir icra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmuş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən imtina etmişdir. Bugünə 960 manat aliment üzrə borc mövcudur. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X10 çıxışında protokolu müdafiə edərək protokolun təmin olunmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq borclunun icra vərəqəsi üzrə ümumilikdə 1200 manat aliment ödədiyini, hazırda fevral ayı daxil olmaqla 960 manat borcunun qaldığını bildirdi. Məhkəmə iclasında borclu Şəxs çıxışında bildirdi ki, aliment tələbinə dair mülki iş məhkəmənin icraatında olanda o, tələbkarın kartına pul ödəmişdir. Lakin həmin kart aliment kartı olmadığından pul alimentə hesablanmamışdır. O, bu halı bu gün bilmiş və hazırda aliment borcundan 200 manat ödədiyini, qalan borcu isə hər ay hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 ilə məhkəmə iclasında mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, bildirmişdir ki, bu gün ona 200 manat pul ödənilmişdir. O, qalan borcu tam şəkildə tələb etmiş, əks halda Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-979/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 185 manat (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli) aliment alınaraq X4 ödənilməlidir. - Salyan Rayon Məhkəməsinin 2(057)-979/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəlludlu X1 üçün borclu Şəxs oğundan X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Şəxs oğu xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında 1200 manat aliment üzrə olan kart hesabına atdığını, 300 manat isə aliment kartı alınmamışdan əvvəl ödədiyini, bu günə fevral ayı daxil olmaqla 660 manat borcunun olduğunu və borcunu tam ödəyə bilməyəcəyini hər ay alimentdən əlavə 50 manat hissəhissə ödəyə biləcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar