Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-516/2026 18.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X1 xx.xx.2026-ci il tarixli EQ 33480358 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ 33480358 saylı inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ 33480358 saylı inzibatı tənbeh vermə haqqında qərara əsasən o, İXM-nin 328.2-cı maddəsi ilə 50 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya o, xx.xx.2026-cı il tarixdə “Hyundai Accent” minik markalı, 90- EZ-36 dövlət qeydiyyat nömrə nişanlı vasitəsilə Gəncə şəhəri, Dədə Qorqud, 1v ünvanında yolda müəyyən edilmiş hərəkət sürətini 26 km/saat hədində pozaraq İXM-nin qaydalarını pozmuşdur. Bir neçə səbəbə görə hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir, barəsində qəbul edilmiş EQ 33480358 nömrəli elektron qərar tam olaraq qanunsuz qəbul edilmişdir. Belə ki, xx.xx.2026-cı il tarixdə saat 16:15-də ünvan 2 ünvanında qeyd olunan inzibatı xətanı törətməmişdir. Əslində qeyd olunan tarixdə və vaxtda Gəncə şəhərində olsa da, qərarda qeyd edilən ünvanda, yəni “ünvan 4axış keçirilən zaman avtomobilin Nizamı Gəncəvi məqbərəsinin yanından keçdiyini görmək mümkündür və həmin yer Gəncə şəhərinin Nizami Gəncəvi prospektidir. Göründüyü kimi, protokolda hadisənin baş verdiyi yer düzgün göstərilməmişdir. xx.xx.2026-cı ıl tarixdə saat 16:15-də “ünvan 5 ünvanında qeyd olunan inzibati xətanın törədilməsini qeydə alan yolpatrul xidməti (YPX) avtomobili heç bir sayrışan işıq siqnalını işə salmadan əks istiqamətli yol tərəfdən qanunsuz olaraq hadisə qeydə almışdır. Bundan başqa, YPX avtomobilinin qeyd olunan yerdə xidmət aparması ilə bağlı müvafiq əmrin və ya göstərişin surəti məhkəmə iclasında tələb edilməli və bununla bağlı rəsmi sənəd olmadığı halda müvafiq tədbirlər görülməlidir. EQ 33480358 nömrəli qərar qanunsuz və əsassız olmaqla prosessual və maddi hüquq normalarının kobud pozuntuları ilə müşayiət olunur. Belə ki, YPX inspektorunun onun həmin ünvanda olması ilə bağlı heç bir sübutu yoxdur. Bundan başqa, o, həmin vaxt Gəncə şəhərinin Nizamı Gəncəvi prospektində YPX avtomobilini görən zaman avtomobildə yalnız bir nəfər polis əməkdaşı olmuş və bu da YPX haqqında təlimatın 6.8-ci bəndinin tələblərinin pozulması deməkdir. Qeyd edir ki, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə iclasında şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2026-cı il tarixli, EQ 33480358 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X2 həmin xx.xx.2026-cı il tarixdə, saat 16:15:21-də “Hyundai Accent” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 26 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayətçi X1 inzibati xəta törətməsini, yəni sürət həddini aşması ilə bağlı qaydaları pozmasını təsdiq edən sübutları video görüntü, fotoşəkil və s. inzibati qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bundan başqa qərarda hadisənin baş verdiyi yer düzgün göstərilməmişdir. Qərara əlavə edilmiş fotoşəkillərdən “Hyundai Accent” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 2 ünvanında deyil, Gəncə şəhəri, Nizami Gəncəvi prospektində hərəkət etməsi müəyyən edilir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi göstərilmiş, yolda müəyyən edilmiş hərəkət sürətini aşma inzibati məsuliyyəti özündə ehtiva edir. “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Sadalanan qanunvericilik normalarının tələblərinə riayət olunub olunmaması haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixli, EQ 33480358 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33480358 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33480358 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-516/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-516/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver