Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-518/2026 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Həsənli Məhəmməd Vahid oğlu, X7 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ/ 30398305 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: X7 şikayətlə məhkəməyə müraciət edərək X6 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ/ 30398305 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, X6 barəsində yerləşdirilmiş EQ/ 30398305 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X5 geri qaytarılmalıdır. Belə ki, şikayətdə inzibati xəta haqqında qərar mübahisələndirilsə də, inzibati xəta haqqında protokol və protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərar şikayətə əlavə edilməmiş, şikayətçi tərəfindən şikayət ərizəsinə elektron xidmətlər portalından əldə edilmiş qərara dair məlumatları əks etdirən çıxarış, X5 məxsus sürücülük vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və X7 tərəfindən X3 verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surəti əlavə edilməklə kifayətlənilmişdir. Məhkəmə hesab edir ki, X4 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi tərəfindən şikayət ərizəsinə elektron xidmətlər portalından əldə edilmiş qərara dair məlumatları əks etdirən çıxarış əlavə edilsə də, mübahisələndirilən qərarın təqdim edilməməsi inzibati xəta hadisəsinin harada törədilməsinin müəyyənləşdirməsini, dolayı yolla məhkəmə tərəfindən ərazi aidiyyəti məsələsinə qiymət verilməsini qeyri-mümkün edir. Bundan başqa, məhkəmə prosessual qənaət prinsipi baxımından qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsindən, həmçinin iş materiallarından görünür ki, mübahisələndirilən qərar şikayətçi barəsində deyil, X6 barəsində tərtib edilmişdir. Bu halda, şikayətçiyə izah edilməlidir ki, mübahisələndirilən qərardan X2 özü tərəfindən şikayət verilməli və ya X6 tərəfindən şikayətçiyə müvafiq etibarnamə verildikdən sonra şikayət ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək, mübahisələndirdiyi protokolun və qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək və nöqsanları aradan qaldıraraq təkrarən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X7 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ/ 30398305 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X5 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-518/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-518/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver