Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-545/2026 13.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızının sədrliyi, X5 qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər X6 Şöbəsinin polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan, Goranboy rayonu, H.Cavan küçəsi, ev 70-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsi X6 Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 fevral 2026-cı il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsi X6 Şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2026-cı tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs Gəncə şəhəri inzibati ərazisində xx.xx.2026-cı il tarixdə, saat 22:00 radələrində “VAZ 21063 minik” markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən ictimai qaydanı və əhalinin dincliyini nümayaişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını pozmaqla avtoxuliqanlıq etmiş və onun barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər X6 Şöbəsinin polis baş leytenantı X2 protokola uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbirlər görməsini məhkəmədən xahiş etdi və inzibati xətanın sosial şəbəkə platformasında yayılmış videogörüntü ilə aşkar etdiklərini bildirdi. Məhkəmə iclasında Şəxs özünü İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilərək, bildirmişdir ki, səhv edib, əməlindən peşimandır, ilk dəfədir belə hadisə olub, bir daha olmayacaq. Məhkəmədən əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs idarə etdiyi “VAZ 21063 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri inzibati ərazisində xx.xx.2026-cı il tarixdə, saat 22:00 radələrində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini qəflətən sürətləndirərək, avtomobili təhlükəli vəziyyətdə idarə etməsi, yerin səthində təkərlərin sürtünməsi müəyyən olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllələsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, həmin Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, iş materiallarını, müvafiq videogörüntü materiallarını nəzərdən keçirərək hesab edir ki, sonuncunun İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam və birmənalı sübuta yetirilmişdir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları (inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı), ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən və İXM-in 30, 32, 33, 40.0.1, 43, 48-51, 114-120, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat cərimə edilsin. Məhkəmə iclas zalında dərhal inzibati qaydada tutmadan azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərgiz Məmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-545/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-545/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver