Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-555/2026 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid оğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan “X1” ASC-nin direktoru Nümayəndə iştirakları ilə “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən “X1” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, 00900- 00029/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “X1” ASC-nin ünvanına xx.xx.2026-cı il tarixində 52ADP963 nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş “Qaz sayğacları üçün ehtiyat hissələr” yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal gömrük bəyannaməsi təqdim edilməmiş, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə, 00900-00029/26 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “X1" ASC-nin ünvanına 15.01,2026-ci il tarixli 3- 33-1600/2-000064/2026 saylı məktub göndərilərək səlahiyyətli nümayəndəsi dəvət edilmişdir. Lakin hüquqi şəxsin nümayəndəsi gəlməməsi barədə Gəncə Gömrük İdarəsinə yazılı heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “X1” ASC-nin tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Bununla da hüquqi şəxs “X1” ASC İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” ASC-nin direktoru Nümayəndə izahatında bildirdi ki, müəssisə su və qaz sayğaclarının buraxılması fəaliyyəti ilə məşğuldur. Sözügedən mallara dair qısa idxal bəyannaməsinin təqdim edilmədiyini etiraf edir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, “X1” ASC vergi ödəyicisi olan hüquqi şəxsdir (VÖEN: **********). -xx.xx.2026-cı il tarixli, **********0022 nömrəli Gömrük bəyannaməsindən görünür ki, xx.xx.2026-cı il tarixində hüquqi şəxs “X1” ASC-nin ünvanına Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə 52ADP963 nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn “Qaz sayğacları üçün ehtiyat hissələr” yükləri daxil olmuşdur. -xx.xx.2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Qərardaddan görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati araşdırma aparılmışdır. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən “X1” ASC-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, sözügedən ASC-yə Slovakiada ölkə ərazisinə gətirilmiş “qaz sayğacları üçün ehtiyat hissələri” yükünə dair mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yükün “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal gömrük bəyannaməsinin təqdim edilməməsi və bununla da qanunvericiliyin tələblərinin pozulduğu bildirilmişdir. Odur ki, qeyd olunan faktın araşdırılması üzrə izahat verilməsi və digər hərəkətlərin yerinə yetirilməsi üçün səlahiyyətli nümayəndənin xx.xx.2026-cı il tarixində ünvan 7 ünvanında yerləşən Gəncə Gömrük İdarəsinə gəlməsi tələb olunmuşdur. -xx.xx.2026-cı il tarixli, 00900-00029/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək “X1” ASC-nin ünvanına 52ADP963 nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə örazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan ASC tərəfindən bu təmin olunmamış və bununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan – “X1” Açıq Səhmdar Cəmiyyətinin ünvanına yük maşını ilə göndərilmiş yükə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bununla “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Bununla da, “X1” Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hüquqi şəxs “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən əməlin etiraf edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ASC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, əməlin etiraf edilməsi kimi məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X1” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: “X1” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-555/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-555/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver