Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-583/2026 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati xəta haqqında qərarı qəbul etmiş polis baş leytenantı Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və işə yenidən hərtərəfli və obyektiv baxılmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ona qarşı tərtib edilmiş və İXM-nin 327.1-ci maddəsi ilə bağlı qəbul edilmiş inzibati xəta haqqında qərarla razı deyil və həmin qərarın ləğv olunmasını xahiş edir. Hadisə zamanı idarə etdiyi 77VG820 dövlət qeydiyyat nişanlı avtomobil baş yol üzərində yerləşirdi. Digər nəqliyyat vasitəsi isə ikinci dərəcəli yoldan baş yola daxil olmuşdur. Azərbaycan Respublikası Yol Hərəkəti Qaydalarının 8-ci bölməsinə əsasən ikinci dərəcəli yoldan baş yola çıxan sürücü baş yolda hərəkət edən bütün nəqliyyat vasitələrinə yol verməlidir. “Yol ver" nişanı (2.4 nişanı) sürücünü baş yolda hərəkət edən nəqliyyat vasitələrinə üstünlük verməyə məcbur edir. Hadisə yerində mövcud olan yol nişanına baxmayaraq, digər sürücü baş yola çıxarkən təhlükəsizliyə əmin olmamış və mənim hərəkət istiqamətimə daxil olmuşdur. YHQ-nin 42-ci bəndinə əsasən geriyə hərəkət yalnız təhlükə yaratmadıqda mümkündür. Onun hərəkəti qəzanın birbaşa səbəbi olmamış, qəza digər sürücünün yol vermə qaydasını pozması nəticəsində baş vermişdir. İş üzrə sübutlar tam və obyektiv araşdırılmamış, yol üstünlüyü prinsipi düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 izahatında ərizəni müdafiə edərək izahatında bildirdi ki, özünəməxsus “Chevrolet Equinox” minik markalı nəqliyyat vasitəsilə xx.xx.2026cı il tarixdə Gəncə şəhəri, Şahsevənlər küçəsində birtərəfli əsas (baş) yolun orta hissəsində qısa və nəzarətli formada geriyə doğru hərəkət edən zaman ikinci dərəcəli yoldan baş yola çıxan “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsinin sürücüsü “Yol ver” yol hərəkəti nişanına məhəl qoymadan və sağa dönmə əməliyyatını düzgün etmədən onun avtomobilini vurmuş və qəza hadisəsi baş vermişdir. Bu zaman sürət həddi çox aşağı səviyyədə olmuş, həmçinin avtomobilində 360 dərəcə kamera olmuşdur. Həminin geriyə doğru hərəkət edən zaman avtomobilin qəza işıqlarını yandırmışdı. “Yol ver” nişanı sürücünü baş yolda hərəkət edən nəqliyyat vasitələrinə üstünlük verməyə məcbur edir. Yolayrıcında geriyə manevr etmək olur. Qarşı tərəf onun avtomobilini tam gördüyü halda onun avtomobilini qabaq hissədən vurmuşdur. Hadisə yerinə gələn Nümayəndə hər ikisinin spirtli içkilərin təsiri altında olub-olmamasını yoxlamış, həmçinin hadisə yerinin şəkillərini çəkmişdir. Nümayəndə təkcə onun barəsində inzibati xəta haqqında protokol tərtib etsə də, baş vermiş qəza hadisəsinin birbaşa səbəbkarı özü deyil. Odur ki, xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, əgər yolun sağ zolaq hissəsi ilə gəlsəydi, qarşı tərəf üçün bu sürpriz olardı, lakin o, yolun orta hissəsi ilə hərəkət etdiyi üçün qarşı tərəfin bunu görməməsi mümkünsüz olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində özünün təqsirinin olmasını qəbul edir, hesab edir ki, digər nəqliyyat vasitəsinin sürücüsü yol hərəkət nişanının tələbinə məhəl qoysaydı, qəza hadisəsi baş verməzdi. Qarşı tərəfin qayda pozuntusu onun qayda pozuntusuna münasibətdə daha ağırdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarı qəbul etmiş polis baş leytenantı Nümayəndə izahatında bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gedilmiş, sürücülərin sürücülük məlumatları yoxlanılmış, həmçinin sərxoşluq müayinəsindən keçirilmişlər. Videogörüntülərdən görünür ki, X4 özünəməxsus “Chevrolet Equinox” minik markalı nəqliyyat vasitəsilə xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri, Şahsevənlər küçəsində yolayrıcını keçərək düz hərəkətdə olarkən səhv getdiyini düşünərək 50 metr geriyə doğru hərəkət etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinə görə nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin maddənin 14-cü bəndinə görə yolayrıclarında geriyə hərəkət qadağandır. X1 yolayrıcında geriyə hərəkət qadağan olduğu halda, geriyə hərəkət etmişdir. Odur ki, şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, əgər yol birtərəfli olmasaydı və X4 geriyə doğru hərəkət etməsəydi, onda baş vermiş qəza hadisəsində digər nəqliyyat vasitəsinin sürücüsü “Yol ver” nişanının tələbinə riayət etmədiyinə görə təqsirli olardı. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. - X4 tərəfindən məhkəməyə yol-nəqliyyat hadisəsinin şəkilləri təqdim edilmişdir. - İnzibati xəta haqqında qərarı qəbul etmiş polis baş leytenantı Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş və yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd “CD” diskdən və fotoşəkillərdən görünür ki, X4 idarə etdiyi “Chevrolet Equinox” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcında, yəni geriyə dönmənin qadağan edildiyi yerdə geriyə doğru hərəkət edir və bu zaman ikinci dərəcəli yoldan gələn digər avtomobil onun avtomobilini sağ tərəfdən vurur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 9-cu hissəsinə görə baş yol – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); Həmin maddənin 11-ci hissəsinə görə yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 42-ci maddəsinin 12-ci hissəsinə görə aşağıdakı hallarda geriyə dönmək qadağandır: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. 13-cü hissəsinə görə nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin maddənin 14-cü hissəsinə görə yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Həmin Qanunun 63-cü maddəsinin birinci hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin maddənin ikinci hissəsinə görə üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi hadisənin görüntülərini əks etdirən 01 ədəd “CD” diskdə olan videogörüntülər ilə tam təsdiq olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında həm X2 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması ilə bağlı videodiskə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. Belə ki, göründüyü kimi X4 idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcında geriyə hərəkət qadağan olduğu halda hərəkət etmiş, bununla da inzibati xəta törətmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-583/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-583/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver