Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-593/2026 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbi könüllü icra etməsi üçün bildiriş göndərilməsin və xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədi üzrə tələbi icra etməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə icra sənədini tam şəkildə icra etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki,Zərərçəkmiş şəxs olan aliment borcundan mart ayının alimenti ilə birlikdə 75 manat ödəyəcəyinə, qalan 300 manatı isə digər növbəti aylarda hissə-hissə yəni 100 manat olmaqla, borcunu 3 aya bağlayacağına söz verir. Həmçinin izahatında bildirdi ki, aliment borcundan xx.xx.2026-cı il tarixdə 350 manat ödəniş etmişdir. Sonda qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona olan 725 (yeddi yüz iyirmi beş) manat aliment borcundan 350 (üç yüz əlli) manat ödəniş edilmişdir, bugünkü günə qalan borc 375 manat təşkil edir. Şəxs usta işləyir, maddi imkanı yaxşı vəziyyətdədir, buna görə də borcun tam şəkildə ödənilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə göndərilmiş, borcun ödənilməsi tələb edilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-3848/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1484/2022 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilmiş, Şəxs 09 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması, Şəxs ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilmişdir. - 09 oktyabr 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - 09 oktyabr 2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbin dərhal könüllü icra edilməsi xahiş edilmiş, həmin bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-939/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3848/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilən alimentin məbləği indeksasiya edilmiş, Şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahından xx.xx.2009-cu ildə anadan olmuş X2 adında bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,51 misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. - Tələbkar 15 dekabr 2025-ci il tarixdə İdarədə verdiyi ərizəsində bildirmişdir ki, borclunun ona 2025-ci ilin dekabr ayı da daxil olmaqla, cəmi 777 manat məbləğində aliment borcu var və həmin borcu ödəməkdən yayınır. Odur ki, borcun tam ödənilməsinin təmin edilməsi məqsədilə borclunun axtarışa verilməsini, borc tam ödənilməyəcəyi halda borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. - 16 dekabr 2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. - Tələbkar 16 fevral 2026-cı il tarixdə İdarədə verdiyi ərizəsində bildirmişdir ki, borclunun ona 2026-cı ilin fevral ayı da daxil olmaqla, cəmi 825 manat məbləğində aliment borcu var və həmin borcu ödəməkdən yayınır. Odur ki, borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. - Borclunun şəxsiyyət məlumatlarına dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş çıxarış iş materiallarına əlavə edilmişdir. - Borclu Şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs olan 725 (yeddi yüz iyirmi beş) manat aliment borcundan 350 (üç yüz əlli) manat ödəniş edə bilməsi üçün ona 10 gün vaxt verilməsini xahiş etmiş, xx.xx.2026-cı il tarixədək ödəməyəcəyi təqdirdə barəsində tətbiq olunacaq cəzaya razıdır. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona olan 725 (yeddi yüz iyirmi beş) manat aliment borcundan 350 (üç yüz əlli) manat ödəniş edilmişdir, bugünkü günə qalan borc 375 manat təşkil edir, borcun tam şəkildə ödənilməsini xahiş edir. - Borclu Şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs olan aliment borcundan mart ayının alimenti ilə birlikdə 75 manat ödəyəcəyinə, qalan 300 manatı isə digər növbəti aylarda hissə-hissə yəni 100 manat olmaqla, borcunu 3 aya bağlayacağına söz verir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3848/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi və onun əsasında qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 8(125)-939/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, sonuncu məhkəmə iclasından əvvəl Şəxs borcundan 350 manat ödəniş etmiş və geri qalan məbləği hissə-hissə ödəyəcəyi barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs da ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati icraat aparılan şəxslə razılığa gəldikləri üçün hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olubolmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-593/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-593/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver