Məhkəmə qərarları › İş №3(5-121)-596/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-596/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-596/2026 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Umud oğlunun sədrliyi, X6 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin YPX inspektoru polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Gəncə şəhərində doğulmuş, subay, Gəncə şəhəri, Mehdi Hüseyn küçəsi, ev 13 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 fevral 2026-cı il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və iş materialında qeyd edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 06:25də Gəncə şəhəri ərazisində “BMW 528İ” minik markalı, **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 polis baş leytenantı X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 06:25-də Gəncə şəhəri ərazisində “BMW 528İ” minik markalı, **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Belə ki, şəxs idarə etdiyi avtomobili öz oxu ətrafında fırlatmaqla yerdə təkər izləri buraxaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmin inzibati xəta təhlükəsiz şəhər kamerası vasitəsi ilə aşkar edilmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirdi ki, protokolda qeyd edilən inzibati xəta onun tərəfindən törədilmişdir. Belə ki, o, “BMW 528İ” minik markalı avtomobili yeni aldığı üçün yoxlamaq məqsədi ilə avtomobili bir neçə dəfə öz oxu ətrafında fırlatmışdır. O, hazırda əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 bildirdi ki, Şəxs barəsində tərtib olunmuş protokol və iş materialları natamam olduğundan hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş 16 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, “BMW 528İ” minik markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili öz oxu ətrafında dəfələrlə fırlatmaqla yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq hərəkətləri edir. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməklə səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə belə bir əməl törətməsini, əməlini etiraf etməklə səmimi peşman olmasını və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar