Məhkəmə qərarları › İş №3(5-121)-597/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-597/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-597/2026 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, X7 katibliyi, Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Həmin protokolda qeyd edilir ki, Şəxs xx.xx.2026-ci il tarixdə X2 vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X5 çıxışında protokolu təhqiqat bölməsinin qəbul etdiyi qərar əsasında tərtib etdiyini və protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X2 əvvəllər tanımışdır, onunla sevgili münasibətində olmuşdur. 2024-cü ildə o, İlkanədən ayrılmış, lakin sonuncu münasibəti bərpa etmək üçün ona mütəmadi mesajlar yazmış və iş yerinə gələrək onu narahat etmişdir. O, aralarında bir neçə dəfə sözlü mübahisələrinin olmasını, sonuncu dəfə isə xx.xx.2026-ci il tarixdə İlkanənin işlədiyi mağazaya gəldiyini və orada söhbət etdiklərini bildirmişdir. Onlar daha sonra avtomobilə doğru getmişlər və avtomobildə söhbət etdikdən sonra İlkanəni evinə düşürtmüşdür. O, İlkanəyə hər hansı xəsarət yetirmədiyini və İlkanənin evlənmək təklifdən imtina etdiyi üçün sonuncunun onun barəsində şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Şəxs ilə sevgili olmuşlar. O, Vüqarın ona xəyanət etdiyini və buna görə də dəfələrlə onunla arasında mübahisə olduğunu bildirmişdir. xx.xx.2026-ci il tarixdə isə o, söhbət etmək üçün Vüqarın işlədiyi mağazaya getmiş və bir müddət söhbət etdikdən sonra Vüqarın avtomobildə əyləşib söhbət etmişlər. Vüqar ondan ayrılmaq istədiyini bildirdikdə o, Vüqarı sevdiyi üçün ondan ayrılmağa razı olmamışdır. Daha sonra Vüqar onun boğazından tutaraq onu boğmağa başlamış, daha sonra hər iki bilək nahiyyəsindən tutaraq və ona fiziki ağrılar yetirmişdir. Daha sonra o, avtomobildən düşmüş və huşunu itirmişdir. İş materiallarına əlavə edilmiş: - 16 fevral 2026-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 05 fevral 2026-ci il tarixli 131 saylı rəyindən məlum olur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ mil-dirsək-bilək oynağı, təpə, ənsə nahiyələrinin qançır-şişkinlikləri, hər iki əlin, sol kürək, bud nahiyyələrinin qançırlarıbərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2026-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi xətanı etiraf etməməsi, yəni zərərçəkmiş şəxsi döyməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla (zərərçəkmiş şəxsin ifadəsi və ekspert rəyi) tam təkzib edilmişdir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar