Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-60/2026 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Gəncə şəhər DYPŞ-nin axtarış üzrə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2001-ci ildə Daşkəsən rayonunun Çanaxçı kəndində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonunun Çanaxçı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
2. Həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 17:08-də Şəxs idarə etdiyi “VAZ 21074” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla əlaqədar olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Şəxs iş materiallarına əlavə edilmiş izahatından qeyd edilmişdir ki, o, idarə etdiyi “VAZ 21074” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə restoranın həyətində öz oxu ətrafında bir neçə dəfə dövr etmiş, bu zaman yerin səthi üzərində izlər qalmış və səslərin çıxması nəticəsində avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Əməlindən peşmandır. Gələcəkdə bu kimi hallara yol verməyəcəyinə söz verir.
İş üzrə proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 17:08-də Şəxs idarə etdiyi “VAZ 21074” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla əlaqədar olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbsin təyin edilməsi xahiş olunur.
5. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında barəsində tərtib olunmuş protokolla razılaşaraq əlavəsinin olmadığını bildirmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbehin məqsədləri İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 22. İnzibati tənbeh növləri 22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 22.1.5. ictimai işlər; 22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 22.1.7. inzibati həbs. Maddə 23. Əsas və əlavə inzibati tənbehlər 23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. 23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 32. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar 32.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; ... 32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar 115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Maddə 511. Avtoxuliqanlıq 511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: ... 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına və inzibati xəta ilə bağlı tərtib edilmiş protokola istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin dispozisiyasında təsbit edilmiş inzibati hüquq pozuntusuna yol verdiyindən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
8. Belə ki, işin məhkəmə baxışı zamanı araşdırılmış hallarından da göründüyü kimi barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs İXM-in 511.1.3-cü maddəsinin dispozisiyasında təsbit edilmiş xətanı törətmişdir. Bu hal tərtib edilmiş müvafiq protokol, protokola əlavə edilmiş video disk, inzibati xəta törədən şəxsin Gəncə şəhər Baş Polis İdarəsində verdiyi izahat, eləcə də məhkəmə baxışı zamanı özünün təqsirli bilməsinə dair etiraf edici çıxışı ilə də təsdiq edilir.
9. Beləliklə, Şəxs İXM-in 511.1.3-cü maddəsinin dispozisiyasında göstərilmiş inzibati xətanın törətməsi faktı birmənalı olaraq təsdiq edilir.
10. Təyin ediləcək inzibati tənbeh tədbirinə gəlincə məhkəmə inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutaraq qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır».
11. Məhkəmə qeyd edir ki, təsvir edilən normaların məzmunundan da göründüyü kimi inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin.
12. Yuxarıda qeyd edilən halların kontekstində məhkəmə bildirir ki, İXM-in 511.1.3-cü maddəsində inzibati tənbeh qismində qanunverici 2 əsas tənbeh növünü nəzərdə tutmuşdur: nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
13. Göründüyü kimi qanunverici əlavə tənbeh tədbiri olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı imperativ mövqe sərgiləmiş və bu tənbeh növünü əsas tənbehin hansı qaydada tətbiq edilməyindən asılı olmayaraq mütləq tətbiq olunmasını normada göstərilmişdir. Odur ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılma kimi əlavə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
14. Əsas tənbeh tədbiri ilə bağlı məsələyə qiymət verən məhkəmə qeyd edir ki, elektron məhkəmə sistemindən əldə edilmiş informasiya əsasında Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən edilir.
15. Bundan əlavə inzibati xəta törədən şəxsin Gəncə şəhər Baş Polis İdarəsində verdiyi izahatda o əməlindən peşman olduğunu və gələcəkdə bu kimi hallara yol verməyəcəyini bildimişdir.
16. Həmçinin qeyd etmək lazımdır ki, protokola əlavə edilmiş video diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması qapalı məkanda, restoranın həyətində baş vermişdir. Bu zaman orada hər hansı şəxs və ya şəxslərin olması da müəyyən edilmir. Məhkəmə baxışı zamanı izahat verən inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 da qeyd edilən xüsusatı, yəni 511.1.3-cü maddənin dispozisiyasında qeyd edilən əməlin restoranın qapalı həyətində baş verdiyini qeyd etmişdir.
17. Bütün yuxarıda əks edilmiş halları, yəni Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, hadisənin qapalı ərazidə baş verməsini nəzərə alan məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tədbiri, yəni cərimə verilməsi məqsədə müvafiqdir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, heç inzibati xəta barəsində araşdırma aparan orqan özü də Şəxs barəsində tutma həyata keçirməmiş, onun inzibati qaydada tutulmasını zəruri hesab etməmişdir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli manat) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.