Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-612/2026 18.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Umud oğlunun sədrliyi, X2 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ətrafında yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib edilmiş MN ******* nömrəli 18 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə yaşadıqları Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evində arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə sağ əli ilə vurub ona fiziki ağrı yetirmiş və ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə yaşadıqları Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evində arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə sağ əli ilə vurub ona fiziki ağrı yetirmiş və ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hadisə oğlunun borcuna görə olmuşdur. xx.xx.2026-cı il tarixdə həmin məsələyə görə Zərərçəkmiş şəxsyla mübahisə etmiş və əsəbiləşdiyi üçün bir dəfə onun baş nahiyəsinə sillə vurmuşdur. Həmin vaxt o, heç bir səsküy salmamışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs onun əridir. xx.xx.2026-cı il tarixdə yaşadıqları evdə olan zaman əri ilə aralarında yaranmış mübahisə zamanı Şəxs ona və övladları Elşənə qarşı nalayiq ifadələr işlətmişdir. Bundan başqa o, həmin gün onun başını qolunun altına salaraq başına 6-7 dəfə yumruq zərbələri vuraraq onu döymüşdür. Bundan sonra o, qaçıb məhəlləyə getmişdir. Şəxs daha sonra onları evdən qovmuş və o da oğlu ilə birlikdə baldızı gilə getmişdir. Orda olanda da Şəxs ona və oğluna “Watsap Mesenger” vasitəsi ilə səs göndərərək onları söyüb təhqir etmiş və onları öldürəcəyini bildirmişdir. Əri Rövşən içki aludəçisidir və içki içəndə tam fərqli bir adam olur, hətta onu və uşaqlarını belə öldürə bilər. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:04-dəinzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/504 və HK-1/505 saylı toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrinin tərkibi olduğundan, barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün qərarın surətinin Gəncə şəhər 1-ci X1 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə təsdiq edildi. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici və zərərçəkmiş şəxsin izahatları, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsində göstərilən əməli törətmişdir. İXM-nin 510-cu maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, 510-cu maddəsinə münasibətdə inzibati xətanın tərkibinin yaranması üçün Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməlidir, lakin hazırkı işdə şəxsin özünün və zərərçəkmiş şəxsin izahatından müəyyən etmək olur ki, Şəxs hadisə vaxtı xırda xuliqanlıq etməmiş, yəni hər hansı ictimai qaydanı pozmamışdır. Belə ki, sözügedən hadisələr yaşayış evinin içərisində və ailə münasibətləri zəminində baş vermişdir. Bu səbəbdən də, İXM-nin 510-cu maddəsinə münasibətdə inzibati xəta tərkibinin olmaması əsası ilə həmin hissədə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2026-cı il tarixdə arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə əli ilə zərbə vuraraq ona fiziki ağrı yetirmiş, beləliklə də İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran (onun içkili olması ilə bağlı rəsmi sənəd yoxdur) və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə isə əməldə inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin sanksiyası həddində 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 17 fevral 2026-cı il tarixdən saat 18:04-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-612/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-612/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver