Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-613/2026 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Daşkəsən rayonu, Xoşbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, Məhəmməd Gəncəvi küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hər ay 360 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbi könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmişdir. Hazırda 1500 manat borc vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir, olduğu yer olmadığından barəsində axtarış elan edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş verilmiş, həmçinin inzibati tənbeh edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə göndərilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu hazırkı məhkəmə iclasından əvvəl borcundan 300 manat ödəniş etmişdir. Tərəflər arasında razılığın əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, borclu barəsində axtarış qərarı verilmişdir. Uşaqlar hazırda yetkinlik yaşına çatmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Zərərçəkmiş şəxs olan aliment borcundan bu gün 300 manat ödəniş etmişdir. Qalan borcunu hər ay 200 manat olmaqla ödəniş etməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Sonda qeyd edilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona 300 (üç yüz) manat aliment borcu ödənilmişdir, qalan borcdan hər ay 200 (iki yüz) manat ödəniş edilməsi ilə bağlı Şəxs ilə razılığa gəlmişlər. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 29 avqust 2007-ci ildə doğulmuş X3 və 29 avqust 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(040)-420/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 85 (səksən beş) manat məbləğdə tutulan alimentin miqdarı artırılmalı, 29 avqust 2007-ci ildə doğulmuş X3 və 29 avqust 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə aylıq 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, 63,20 manat (altmış üç manat 20 qəpik) dövlət rüsumu cavabdeh. Şəxs alınıb dövlət büdcəsinə ödənilməli, hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. - 08 yanvar 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, 08 yanvar 2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - 08 yanvar 2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmiş, həmin bildiriş 18 fevral 2026-cı il tarixdə borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. - Arayışdan görünür ki, Şəxs və X1 rayonu Qazaxyolçular kəndində qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda Qazaxyolçular kəndi ərazisində yaşamırlar. - 12 iyun 2025-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-957/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. - Tələbkar 21 noyabr 2025-ci il tarixdə İdarədə verdiyi ərizəsində bildirmişdir ki, hər iki uşağı yetkinlik yaşına çatmışdır, lakin Şəxs 1500 manat borcu qalmışdır. Odur ki, 1500 manat pul vəsaitinin ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir. - Borclu 18 fevral 2026-cı il tarixdə İdarədə verdiyi izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədini icra etməməsinin səbəbi maddi imkanının zəif olması və heç bir yerdə işləməməsidir, dəqiq məbləği bilməsə də, icra sənədi üzrə aliment borcundan xeyli ödəniş etmişdir. İki-üç günə 200-300 manat ödəyə bilər, bundan sonra hər ay aliment borcundan 100 manat ödəməyə hazırdır. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. - Borclunun şəxsiyyət məlumatlarına dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş çıxarış iş materiallarına əlavə edilmişdir. - Borclu Şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs olan 1500 (bir min beş yüz) manat aliment borcunu ödəmək niyyətindədir. Borcundan 300 (üç yüz) manat ödəniş edə bilməsi üçün ona 24 fevral 2026-cı ilədək vaxt verilməsini xahiş etmiş, ödəməyəcəyi təqdirdə ən ağır cəzaya razıdır. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona 300 (üç yüz) manat aliment borcu ödənilmişdir, qalan borcdan hər ay 200 (iki yüz) manat ödəniş edilməsi ilə bağlı razılığa gəlmişlər. - Borclu Şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs olan aliment borcundan bu gün 300 manat ödəniş etmişdir. Qalan borcunu hər ay 200 manat ödəniş etməsi ilə bağlı razılığa gəlmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi dərhal icraya yönəldilmiş, sonuncu məhkəmə iclasından əvvəl Şəxs borcundan 300 manat ödəniş etmiş və geri qalan məbləği hissə-hissə ödəyəcəyi barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs da ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati icraat aparılan şəxslə razılığa gəldikləri üçün hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-613/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-613/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver