Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-619/2026 03.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Aşıq Ələsgər küçəsi, ev 51 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədi icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbi könüllü icra etməsi barədə bildiriş təqdim edilməsinə və inzibati məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da, borclu Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, borclu Şəxs tələbi könüllü icra etməsi barədə bildiriş təqdim edilmiş və inzibati məsuliyyətə cəlb olunacağı barədə ona dəfələrlə xəbərdarlıq edilmişdir. Borclunun Şəxs icra sənədi üzrə borcu 9970 manat 85 qəpik təşkil etmiş, borclu tərəfindən dekabr ayında 1000 manat, fevral ayında isə 1000 manat olmaqla, ümumilikdə 2000 manat ödəniş etmişdir. Bu gün isə borclu icra sənədi üzrə borcundan 2000 manat ödəniş etmişdir. Hazırda onun icra sənədi üzrə borcu 5970 manat 85 qəpik təşkil edir. Ona verilən suallara cavab olaraq bildirdi ki, borclu Şəxs könüllü formada İdarəyə yaxınlaşmışdır. Zərərçəkmiş hüquqi şəxs hazırda şikayətçidir. Sonda protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs icra sənədi üzrə borcundan bu gün 2000 manat ödəniş etdiyini bildirərək qeyd edilən halın nəzərə alınmasını xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-71/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs direktoru Nümayəndə ilə cavabdeh Şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir:
1. Tərəflər təsdiq edir ki, malların alğı-satqısından Şəxs qalıq borc məbləği 9970 manat 85 qəpik təşkil edir.
2. Cavabdeh Şəxs 3 ay ərzində borc məbləğinin 1100 manat hissəsini Zərərçəkmiş şəxs MMC-yə ödəməyi öhdəsinə götürür.
3. Qalıq borc məbləği isə Yevlax, Goranboy, Şəmkir rayonları və Gəncə şəhərində yerləşən baytarlıq apteklərinə verilmiş mallar üzrə yaranmışdır. Şəxs həmin pul vəsaitlərini 7 ay ərzində Zərərçəkmiş şəxs MMC-yə ödəyəməyi öhdəsinə götürür.
4. Şəxs 1 həftə ərzində Yevlax, Goranboy, Şəmkir rayonları və Gəncə şəhərində yerləşən baytarlıq apteklərinin siyahısını təqdim edəcək. İş üzrə icraata xitam verilmişdir. - “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin, xx.xx.2025-ci il tarixli və xx.xx.2026-cı il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-71/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş və icra sənədini könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, həmin bildiriş və xəbərdarlıqlar borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə bugünədək tələbi icra etməməsinin səbəbi apteklərin borclarını təsdiqləyib məhkəməyə yazılı surətdə təqdim etmələri və onun da işdən çıxmasına görə ona pul verməkdən imtina etməsidir. İcra sənədi üzrə bugünədək ödəniş etməmişdir, maddi vəziyyəti ağır olduğuna və başqa kredit borcları olduğuna görə borcunu birdəfəlik ödəyə bilmir, 2021-ci ilin yanvar ayının 1-də qədər tam ödəməyə çalışacaq. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak və aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. - “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. - Borclu Şəxs məhkəməyə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində göstərmişdir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə olan 7970,80 manat borcunu ödəmək niyyətindədir. Borcundan 2000 manat ödəniş edə bilməyi üçün xx.xx.2026-cı il tarixədək vaxt verilməsini xahiş etmişdir. Ödəməyəcəyi təqdirdə ən ağır cəzaya razıdır. - İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu tərəfindən tələbkara xx.xx.2026-cı il tarixdə 2000 manat ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-71/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və bugünədək Şəxs tərəfindən borcundan ödənişlər edilmiş və o, geri qalan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Borclu tərəfindən hər ay tam şəkildə olmasa da, mütəmadi ödənişlər edilmiş, həmçinin borclu xx.xx.2026-cı il tarixdə 2000 manat ödəniş edərək, məhkəmə iclasında verdiyi ifadəsində borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxsnın əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir, borcunu tam formada ödəyə bilməməsi onun maddi vəziyyəti ilə əlaqədardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Məhəmməd Həsənli