Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-626/2026 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Həsənli Məhəmməd Vahid oğlu, X3 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: X3 xx.xx.2026-cı il tarixdə məhkəməyə şikayət verərək ona yazılmış “inzibati xəta məcəlləsinin” ləğvinə köməklik edilməsini və sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X2 geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan göründüyü kimi hazırda şikayətçi tərəfindən inzibati xəta haqqında qərar mübahisələndirilir. Lakin iş materiallarına inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əlavə edilsə də, inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərar şikayətə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi onun qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 ərizəsinin sonunda ona yazılmış “inzibati xəta məcəlləsinin” ləğvinə köməklik edilməsini və sərəncam verilməsini xahiş edir, lakin bu məzmunlu tələb qeyri-müəyyən olduğundan şikayətçinin xahişinin nədən ibarət olduğunu aydınlaşdırmaq mümkün deyil. Məhkəmə, həmçinin prosessual qənaət prinsipi baxımından qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2026cı il tarixli protokolda hadisənin törədilmə yeri kimi Samux rayonu, Aznixi yolu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarından görünür ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək, mübahisələndirdiyi qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-626/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-626/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver