Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-630/2026 20.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X4, tələbkar şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Samux Rayon Məhkəməsinin 2(058)-1064/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 05 iyul 2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində aliment alınaraq tələbkar X3 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş təqdim edilərək hüquq vəzifələri izah edilmiş, borclu isə xx.xx.2026-ci il tarixdə verdiyi izahatında borc məbləği ilə razılaşmadığını, alimenti isə daha sonra ödəyəcəyini bildirmişdir. Aliment tələbi üzə Şəxs aliment borcu 4000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq Şəxs icra sənədi üzrə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X6 protokolun məzmununa uyğun ifadə verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs ifadəsində tələbkar şəxslə hazırda boşanmadıqlarını, mediasiyaya müraciət etdiklərini və 4000 manat aliment borcunun olması ilə razılaşmadığını, boşandıqdan sonra isə alimenti hissə-hissə ödəcəyini qeyd etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq hazırda aliment ödənişini etməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə iclasında tələbkar şəxs qızı X5 ifadəsində xx.xx.2024-cü il tarixli Şəxs ilə arasında yaranmış mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən hər ay ona 200 manat aliment ödənilməsini sonuncunun öhdəsinə götürməsini qeyd edərək hazırda Şəxs 4000 manat aliment borcunun olduğunu bildirmişdir. O, aliment borcunun ödənilməsini tələb etmiş əks halda isə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - 20 fevral 2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-1064/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə aliment tələbi təmin edilməmişdir. - Samux Rayon Məhkəməsinin 2(058)-1064/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi vərəqəsindən görünür ki, tərəflər arasında olan barışıq sazişinə əsasən ikinci tərəf Şəxs birinci tərəf X5 ilə birgə nikahlarından doğulmuş övladı, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat aliment pulunun birinci tərəf X3 ödəyəcəyinə dair öhdəlik götürmüşdür. - 22 oktyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbin könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 20 noyabr 2025-ci il tarixli icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, borclu Şəxs yaşadığı ünvan 1 ünvanında yaşamadığı müəyyən edilmişdir. - 21 noyabr 2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. - Şəxs 20 fevral 2026-cı il tarixlərdə icra idarəsində verdiyi izahatında borcunu icra sənədindən xəbərdar olmasını qeyd edərək borcunu ödəməməsinin səbəbi kimi aliment məbləği ilə razı olmaması və borclu tərəfindən ona kart hesabının təqdim edilməməsi ilə əlaqələndirmişdir. - 03 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs icra sənədi üzrə tələbi yerinə yetirmədiyi təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-630/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-630/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver