Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-65/2026 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Şahid iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3000 (üç min) manat inzibati cərimə olunması barədə 2025-ci il 29 dekabr tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Tural” şadlıq sarayını o, xx.xx.2018-ci ildən icarə müqaviləsi əsasında X15 icarəyə vermişdir. Həmin obyektin idarə edilməsində iştirak etməmişdir. X21 idarə etmişdir. İşçiləri işə götürmək əmək müqviləsi bağlamaq, işçilərə əmək haqqı vermək vəzifəsi icarəçi Zaur Qasımova məxsus olmuşdur. O ümumiyyətlə uzun müddətdir ki, obyektə getməmişdir. Qeyd edilənləri şahidlər də təsdiq edə bilər. O, xəstə, yaşlı adamdır, axır vaxtlar yaddaşı da zəifləmişdir. Ondan izahat alınarkən X16 Xidmətinin əməkdaşları izahatı özləri tərtib etmişlər, o latın əlifbasını bilmədiyi üçün orada nə yazıldığını başa düşməmişdir. Eyni zamanda onunla birlikdə icarəçi Zaur Qasımov da 3000 manat cərimə edilmişdir. Eyni bir xətaya görə hər iki şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi qeyri-qanunidir. Əmək müqaviləsinin bağlanmasının onların hansının səlahiyyətinə aid olma məsələsi araşdırılmamışdır. O yalnız icarədardır, obyektin idarə edilməsi onun işi deyildir. Qeyd edir ki, maddi vəziyyəti ağırdır. Aldığı pensiya dərmanlarının qiymətini və kommunal xidmət haqqını ödəmir. Heç bir təqsiri olmadan əsassız olaraq 3000 manat cərimə olunması qanunamüvafiqdir. Ona görə də barəsində başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 2025-ci il 29 dekabr tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında Qərarı"nın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, mərhum X14 onun anasıdır. 2025-ci il 26 sentyabr tarixində anası vəfat etmişdir. Anasının kim tərəfindən işə götürülməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli quruma lazımı qaydada məlumat verilsə də, səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 2025-ci il 29 dekabr tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, vəzifəli şəxs X11 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq X8 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmiş və o, 3000 (üç min) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2025-ci il 06 oktyabr tarixli qərarın surətindən görünür ki, X9 ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 2025-ci il 12 dekabr tarixli qərarın surətindən görünür ki, vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2 göndərilməsi qərara alınmışdır. X3 Sistemi əmək müqaviləsi məlumatlarının surətindən görünür ki, X6 yalnız “X24” MMC-də müəyyən müddətlər ərzində müddətli əmək müqaviləsi əsasında sosial işçi kimi fəliyyət göstərmişdir. (Görünür ki, X12 “Tural” şadlıq sarayında sosial işçi kimi əmək müqaviləsi əsasında işləməmişdir). İş materiallarına əlavə edilmiş icarə müqaviləsinin surətindən görünür ki, X11 ilə X17 arasında müqavilə bağlanmış və həmin müqavilədə müqavilənin predmeti, tərəflərin vəzifələri, hesablaşma, tərəflərin məsuliyyəti müqavilənin qüvvədə olma müddəti, mübahisələrin həlli qaydası, yekun müddəalar öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında” məlumat vərəqəsinin surətindən görünür ki, X5 adına aktiv olan ********** nömrəli VÖEN vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi ərazi X4”nin “Respublika Təcili və X10 Mərkəzi” PHŞ-nin məlumat vərəqəsinin surətində X9 həkimə qədər ölməsi barədə polisə məlumat verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, məhkəmə X5 və X6 Gəncə şəhər prokurorluğuna verdiyi izahatlarını, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir və belə qənaətə gəlir ki, X12 və mərhum X14 “Tural” şadlıq sarayında sosial işçi kimi müvafiq işlərin görülməsinə cəlb edilmişdir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə şikayətçi X5 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-65/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-65/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver