Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-66/2026 27.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Yahya oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Tərtər rayonu, Sarıcalı kəndində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
2. Həmin protokolda və ona əlavə edilmiş aktda qeyd edilmişdir ki, Gəncə şəhəri Beynəlxalq avtovağzal ərazisində aparılan yoxlama zamanı **-HS-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişin daşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş, bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə mane olaraq və qanunvericiliklə müəyyən olunmuş tələb olunmuş sənədləri təqdim etməmişdir. X4 Məcəlləsinin 552-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilmiş Şəxs idarə etdiyi “Mercedes” markalı, **-HS- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən X2 Xidmətinin “X7” müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır.
İş üzrə proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında protokolda qeyd edilmiş xüsusatları təsdiq edərək tərtib etdiyi protokolun təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Gəncə şəhəri Beynəlxalq avtovağzal ərazisində aparılan yoxlama zamanı **-HS-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişin daşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş, bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə mane olaraq və qanunvericiliklə müəyyən olunmuş tələb olunmuş sənədləri təqdim etməmişdir. Məhz bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXMin 552-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.
4. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, idarəetdiyi avtomobil xarab olduğundan onu idarə etməmiş, bu səbəbdən də fərqlənmə nişanı vaxtında almağı unutmuşdur. Qeyd edilən səbəbi nəzərə alaraq ədalətli qərarın qəbul edilməsi xahiş olunur.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 552. Avtomobil nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görəəlli manat məbləğində cərimə edilir.
Məhkəmənin mövqeyi
6. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyindən o, həmin maddə təqsirli bilinməli və inzibati tənbeh edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
8. Belə ki, iş materiallarına əlavə edilmiş **-HS-*** dövlət qeydiyyat nömrəli “Mersedes” markalı avtonəqliyyat vasitəsinin foto şəklindən görünür ki, həmin avtomobilin sürücüsü Şəxs qeyri- qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. **-HS-*** dövlət qeydiyyat nömrəli “Mersedes” markalı avtonəqliyyat vasitəsində yoxlama aparılan vaxtı yəni xx.xx.2026-cı il tarixdə, saat 09:50 radələrində fərqlənmə nişanı olmamışdır.
9. Bundan əlavə xx.xx.2026-cı il tarixli aktla müəyyən edilir ki, Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş, bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə mane olaraq və qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməmişdir.
10. Həmçinin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi certification.ayna.gov.az internet portalında olan çıxarışı təqdim etmişdir. Həmin çıxarışla müəyyən edilir ki, Şəxs idarə etdiyi **-HS-*** dövlət qeydiyyat nömrəli “Mersedes” markalı avtonəqliyyat vasitəsinə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə “Fərqlənmə nişanı” verilmişdir. Həmin dövrdən sonra qeyd edilən avtomobillə bağlı hər hansı “Fərqlənmə nişanı”nın verilməsi halı müəyyən edilmir.
11. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 552-ci maddəsi ilə tövsif edilmişdir.
12. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
13. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
14. Beləliklə, məhkəmə törədilmiş inzibatı xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, ış üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs törətdiyi İXM-in 552-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur.
15. Göstərilənlərə əsaslanaraq inzibatı Xətalar Məcəlləsinin İXM-nın 40, 43, 48-51 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.