Məhkəmə qərarları › İş №3(5-121)-665/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-665/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-665/2026 06.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi ilə, Hüquqi şəxsin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 VÖEN-********** Hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvan ünvan 2şısı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.

2. Həmin protokolda və ona əlavə edilmiş materiallarda qeyd edilmişdir ki, ünvan 2şısında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2026-cı il tarixdə saat 15:00-da aptek təşkilatlarında təkrar plandankənar yoxlama zamanı İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın bir il ərzində təkrar törədilməsi aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi X1nin Ə- 71 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktı ilə təsdiq edilir.

İş üzrə proses iştirakçılarının izahatları:

3. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X3 nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında xx.xx.2026-cı il tarixdə Şəxs MMC-yə məxsus olan aptekdə aparılan yoxlama nəticəsində aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmiş və hüquqi şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün 11 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Şəxs elektron məhkəmə sisteminə xx.xx.2026-cı il tarixdə ərizə yerləşdirilərək işə onların iştirakı olmadan baxılmasını və Azərbaycan Respublikası İXM-in 452.4-cü maddəsi üzrə cərimə sanksiyasının minimum həddinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallar:

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 3-28-1/3-2-192/2026 nömrəli 06 fevral 2026-cı il tarixli qərar əsasında ünvan 2şısında yerləşən "xxxx" MMC-yə məxsus əczaçılıq təşkilatın fəaliyyətinin yoxlanılması 09.02-xx.xx.2026-ci il tarixlərdə aparılmışdır.

6. 05 fevral 2026-cı il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin” Çıxarışından görünür ki, aparılmış yoxlamalar KY262489563 nömrəsi ilə vahid məlumat reyestrində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1nin Ə-71 nömrəli, 11 fevral 2026-cı il tarixli plandankənar (növbədənkənar) yoxlama aktı forması və yoxlama suallarının siyahısında qeyd edilmişdir ki, aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olunmamışdır.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavə Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları (X2) Bu Tələblər “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinin və Azərbaycan Respublikasının Prezidentinin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 06 fevral tarixli 528 nömrəli Fərmanının 2.2-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və aptek təşkilatlarına dair tələbləri, resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılması qaydalarını müəyyən edir.

4. Aptek təşkilatlarına olan əsas tələblər 4.1. Aptekin vəzifə və funksiyaları aşağıdakılardır: 4.1.1. aptekin əsas vəzifəsi əhaliyə resept əsasında hazırlanmış müxtəlif dərman formalarının (daxilə və xaricə istifadə olunan məhlullar, sadə və mürəkkəb tərkibli tozlar, məlhəmlər, linimentlər, pastalar və s. qeyri-inyeksion dərman formaları), resept əsasında və reseptsiz buraxılan hazır dərman vasitələrinin, optik ləvazimatların, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsullarının (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsullarının, təbii mineral suların, bioloji aktiv qida məhsullarının və şəxsi sanitariyagigiyena mallarının, həmçinin xüsusi icazə aldıqdan sonra dövriyyəsinə nəzarət olunan psixotrop, zəhərli və güclü təsirə malik dərman maddələrinin, "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin pərакəndə satışı ilə məşğul olmaqdır. 4.1.2. aptek öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakıları etməlidir: 4.1.2.1. dərmаn vаsitələrinin aptek daхilində hazırlanması üzrə mövcud nоrmativ sənədlərə və ölçmə vasitələrinin dövri yoxlanmasına riayət etmək; 4.1.2.2. saxlanma qruplarına uyğun malların çeşidini müəyyənləşdirmək və bu çeşidin azalmayan istiqamətdə sabitliyini təmin etmək; 4.1.2.3. əczaçılıq bazarında nоmenklatura və qiymətlər üzrə dərman və tibb vasitələrinə olan tələbatı öyrənmək və fəaliyyətini bu tələbata uyğunlaşdırmaq; 4.1.2.4. dərman vasitələrinin texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən sertifikatının, Azərbaycan dilində istifadə təlimatının olmasına, keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə nəzarət qaydalarına riayət etmək. 4.2.Aptekin yerləşdirilmə normativləri: 4.2.1. aptek ayrıca binada və yахud hər hansı binanın qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşdirilir. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır. 4.2.2. aptek aşağıdakı şöbə və otaqlara malik olmalıdır: 4.2.2.1. inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.); 4.2.2.2. material otaqları (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman maddələrinin saxlanılması üçün otaqlar); 4.2.2.3.satış şöbəsi (əhaliyə xidmət sahəsi – satış zalı): a) reseptura şöbəsi (resept əsasında buraxılan dərman vasitələrinin satışı); b) əl-satışı şöbəsi (reseptsiz buraxılan dərman vasitələrinin və tibb vasitələrinin və s. satışı). -assistent otağı (dərmanların hazırlanması üçün); -distillə otağı (distillə suyunun və/və ya apirogen suyun alınması üçün); -yuma otağı (aptek qablarının yuyulması üçün); -qablaşdırma və köməkçi otağı; -sterilizasiya (avtoklav) otağı; -aseptik blok 4.3. Aptekin otaqlarının divarları və döşəməsi hamar оlmaqla, özündə tоz saxlamayan və dеzinfеksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik оlmalıdır.

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. ... 18.5 Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Maddə 21. İnzibati tənbehin məqsədləri İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 22. İnzibati tənbeh növləri 22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; ... 22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir. Maddə 25. İnzibati cərimə 25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84. Sübutların qiymətləndirilməsi 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması ... 452.3. Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. 452.4. Bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 452.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 452.4-cü maddəsi inzibati xəta törətməkdə təqsirli bilinməlidir.

11. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

12. Əməlin Azərbaycan Respublikası İXM-in 452.4-cü maddəsi ilə tövsif edilməsi üçün İXM-in 452.3-cü maddəsində edilmiş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar tödərilməlidir.

13. İXM-in 452.3-cü maddəsinin tələbinə görə vəzifəli və ya hüquqi şəxs o zaman qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb edilir ki, onun fəaliyyətində aptek təşkilatlarına dair tələblərin pozulması hal mövcud olsun.

14. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1nin tərəfindən təqdim edilmiş aktda qeyd edilmişdir ki, aptekin otaqlarının divarlarının və döşəmənin hamar, özündə toz saxlamayan, təmizlənməyən davamlı olmadığı, şaquli şüşə ilə aralarından təcrid olunmuş iş yeri təşkil olunmadığı faktları aşkar edilmişdir.

15. Beləliklə, göründüyü kimi Şəxs MMC tərəfindən İXM-in 452.3-cü maddəsinin pozuntusuna yol verilmiş və onun fəaliyyətində aptek təşkilatlarına dair tələblərə əməl edilməmişdir.

16. İXM-in 452.4-cü maddəsi ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi əməlin və ya fəaliyyətin İXM-in 452.4-cü maddəsinin təsir dairəsinə düşməsi üçün vəzifəli və ya hüquqi şəxs eyni pozuntuya bir il ərzində təkrar yol vermiş olsun.

17. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC barəsində aptekin otaqlarının divarlarının və döşəmənin hamar, özündə toz saxlamayan, təmizlənməyən davamlı olmadığı, şaquli şüşə ilə aralarından təcrid olunmuş iş yeri təşkil olunmadığı faktları ilə əlaqədar olaraq işə Gəncə şəhər məhkəməsində baxılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci il tarixdə saat 16:30-da aptek təşkilatlarına dair tələblərin pozulması aptekin otaqlarının divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmaması faktı müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın görünür. (3(125)- 4080/2025, 17 noyabr 2025-ci il)

18. Hazırkı iş üzrə tərtib edilmiş protokoldan və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs MMC əvvəlki pozuntu ilə bağlı halı tam aradan qaldırmamış, aptek təşkilatçılığı ilə bağlı tələblərə uyğun mövqe göstəməmişdir. Belə olan halda onun Azərbaycan Respublikası İXM-in 452.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi labüddür.

19. Şəxs MMC barəsində təyin ediləcək inzibati tənbehə gəlincə məhkəmə qeyd edir ki, hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özündə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətin yaranması ilə nəticələnir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.”

21. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

22. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

23. Belə olan halda məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 452.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

24. Göstərilənlərə əsaslanaraq İnzibatı Xətalar Məcəlləsinin 18.5, 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar