Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-667/2026 04.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati icraat aparılan Şəxs MMC xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və İXM-nin 452.4-cü maddəsində nəzərdə tutulmuş cərimə sanksiyasının minimum həddinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Fətulla Həsənov (keçmiş Ə.Məmmədov) küçəsi 3 saylı TTY xəstəxanasının əsas giriş qapısının qarşı tərəf ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2026-cı il tarixdə, saat 10:45 radələrində aparılan plandankənar yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin il ərzində təkrar törədilməsi faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC İXM-nin 452.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - “X1” publik hüquqi şəxsin xx.xx.2026-cı il tarixli ə-83 saylı aktından görünür ki, yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması (aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olmaması) faktı aşkar edilmişdir. - “X1”nin baş direktoru tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2026-cı il tarixli, 3-28-1/3-2- 195/2026 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY262489569 nömrəli çıxarışa əsasən Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət (əczaçılıq fəaliyyəti) üzrə Şəxs MMC-yə məxsus Gəncə şəhəri, Fətulla Həsənov (keçmiş Ə.Məmmədov) küçəsi, 3 saylı TTY xəstəxanasının əsas giriş qapısının qarşı tərəfində aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 01 nömrəli Qərarı, 3 nömrəli əlavəsinin tələbləri yerinə yetirilmədiyi müəyyən edilmişdir. - sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2026cı il tarixli, KY262489569 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2026 – xx.xx.2026-cı il tarixdə həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. - “X1” tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2026-cı il tarixli, 3-28-1/3-2-195/2026 nömrəli qərardan görünür ki, Gəncə şəhəri, Fətulla Həsənov (keçmiş Ə.Məmmədov) küçəsi, 3 saylı TTY xəstəxanasının əsas giriş qapısının qarşı tərəfində yerləşən Şəxs MMC-yə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2026 – xx.xx.2026-cı il tarixdə həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. “Aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kolegiyasının xx.xx.2018-ci il tarixli, 01 saylı qərarının 3 № əlavəsinin 4.2.1 və 4.2.2-ci bəndinə əsasən aptek aşağıdakı şöbə və otaqlara malik olmalıdır: -inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.). -material otaqları (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman substansiyalarının saxlanılması üçün otaqlar). -satış şöbəsi (əhaliyə xidmət sahəsi – satış zalı). Həmin Qərarın 4.3-cü bəndinə əsasən aptekin otaqlarının divarları və döşəməsi hamar оlmaqla, özündə tоz saxlamayan və dеzinfеksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik оlmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsinə əsasən bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Fətulla Həsənov (keçmiş Ə.Məmmədov) küçəsi, 3 saylı TTY xəstəxanasının əsas giriş qapısının qarşı tərəfində yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında saat 10:45-də aptek təşkilatlarına dair tələblərin pozulması (aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olmaması) faktı müəyyən edilmişdir. Belə ki, “Aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kolegiyasının müvafiq qərarının tələblərinə uyğun olaraq həmin aptekdə anbar otağı, işçi heyəti üçün ayrılmış otaq, material otağının mövcüd olmadığı, həmçinin aptekin otaqlarının divarlarının bəzi yerlərinin hamar olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik hüquqi şəxsin 3-28-1/3-2-1287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Yoxlama materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, Gəncə şəhəri, Fətulla Həsənov (keçmiş Ə.Məmmədov) küçəsi, 3 saylı TTY xəstəxanasının əsas giriş qapısının qarşı tərəfində yerləşən Şəxs MMC-də xx.xx.2025-ci il tarixdə plan üzrə yoxlama aparılmış və nəticədə aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair qərar qəbul edilmişdir. Göründüyü kimi həmin gündən aptek təşkilatlarına dair tələblər bir il ərzində Şəxs MMC tərəfindən təkrar törədilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, Şəxs həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə təqsirli bilinsin və 5000 (beş min) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-667/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-667/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver