Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-741/2026 25.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Bayramova Kəmalə Fətulla qızı, X2 inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X6 Şöbəsinin İXP ******* nömrəli 13 fevral 2026-cı il tarixli protokolunun ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, X3 şikayət ərizəsində İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xətalar haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə qeyd edir ki, əgər İXP ******* nömrəli 13 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərsə, yalnız bundan sonra həmin şəxs qeyd olunan qərarı rəsmi qaydada əldə etdiyi vaxtdan 20 gün müddətində həmin qərarı mübahisələndirə bilər. X1 həmin protokolu məhkəmə qaydasında mübahisələndirmək hüququ yoxdur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 İXP ******* nömrəli 13 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kəmalə Bayramova
Məhkəmə qərarları › İş №3(5-121)-741/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-741/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver