Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-749/2026 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Babazadə Ülkər Ağamalı qızı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 2025-ci il 22 dekabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: X1 nümayəndəsi (vəkili) Nümayəndə təmsil etdiyi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat inzibati cərimə olunması barədə 2025-ci il 22 dekabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, bu qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Belə ki, X1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətdə təmsil etdiyi şəxsin - X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan rəsmi qaydada məlumatının olmaması, onun mobil telefon nömrəsinə Gəncə Şəhəri üzrə İcra İdarəsindən sms-link gəldiyini, 2026-cı il 02 fevral tarixində Gəncə Şəhəri üzrə İcra İdarəsinə getdikdən sonra ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 2025-ci il 22 dekabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinin təqdim edilməsi və bu səbəbdən də təmsil etdiyi şəxsin müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət vermək hüququnu realizə edə bilməməsi qeyd edilsə də, həmin inzibati tənbeh vermə haqqında qərarın barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsə rəsmi qaydada verilməməsini, mobil telefon nömrəyə sms-linkin gəlməsini və müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət vermək hüququnu realizə edə bilməməsini təsdiq edən hər hansı bir mötəbər sübutlar şikayətə əlavə edilməmişdir. Həmçinin “Azərpoçt” xidmətinin göndərişləri izlənməsi altsistemində SS979007546AZ nömrəli axtarışın çıxarışından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 2025-ci il 22 dekabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar 2025-ci il 30 dekabr tarixində X1 ünvanına çatdırılmışdır. Lakin məhkəməyə verilmiş şikayətə qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X1 nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 2025-ci il 22 dekabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 2025-ci il 22 dekabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-749/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-749/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver