Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-756/2026 05.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, qərardan şikayət verən şəxs X2 iştirakları ilə 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində mülkiyyətində olan **- CX-*** qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Gəncə şəhəri, Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində dörd yol ayrıcında sola – H.Əliyev prospektinə dönərkən DYP-nin əməkdaşı tərəfindən saxlanılmışdır. DYP-nin əməkdaşı özünü təqdim edib ona bildirmişdir ki, o, aidiyyəti olaraq işıqforun tələbini pozmuşdur. Buna görə də o, AR İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Bu zaman ona bildirmiş ki, cərimə tətbiq etmək üçün ona hansı yol hərəkəti qaydasını pozduğunu izah etməlidir. Polis əməkdaşı ona cavab olaraq uzun danışmağa ehtiyac olmadığını bildirmişdir. Polis əməkdaşına müvafiq qanunvericiliyin tələblərinə əsasən protokolun hadisə yerində tərtib olunaraq birbaşa vətəndaşa təqdim edilməli olduğunu qeyd etmişdir. O, heç bir qayda pozuntusuna yol verməmiş, müvafiq qanunvericiliyin tələblərini pozmamışdır. Qeyd edilən yerdə yeni tətbiq edilən yol hərəkəti qaydasının müvafiq sənədlərlə təsdiq etmələrini tələb etdikdə ona polis idarəsinə gələrək barəsində tərtib edilmiş protokolu ala biləcəyini demişlər. Polis idarəsinə getdikdə orada onu polis mayoru X3 qəbul etmiş və söhbət apardıqdan sonra ona bildirmiş ki, onlarda inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən videogörüntü vardır. Belə ki, inzibati xətanı qeydə alan vasitənin adı, tipi, modeli, markası, sertifikatdan keçmə tarixi və sertfikatlaşmaya dair dövlət qeydiyyatı olmalı və inzibati xəta haqqında protokol AR İXM-in 81, 100.1.8, 100.3, 100.4 və 100.5-ci maddələrinə uyğun tərtib edilməli olduğu halda bunlara əməl olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində qəbul edilmiş 2026cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş DVD-diskdə olan videogörüntüyə məhkəmə iclas zalında baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 “Mercedes E280” minik markalı **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobilini işıqforun qırmızı işığında xx.xx.2026-cı il tarixində saat 16:59-da Gəncə şəhəri, Heydər Əliyev prospekti 206-da hərəkət etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X1 şəhəri, Heydər Əliyev prospekti 206 istiqamətində, xx.xx.2026-cı il tarixində yol hərəkəti qaydasını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş (svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi iş materiallarında olan 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və DVD-diskdə olan videogörüntü ilə tam təsdiq olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-756/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-756/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver