Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-761/2026 05.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati xəta haqqında qərarı qəbul etmiş polis baş serjantı Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakları ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **- QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Həmin avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə xx.xx.2026-cı il tarixində saat 14:25 radələrində hərəkətdə olarkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə, yəni svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarının pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 (bir yüz) manat cərimə edilmişdir. Barəsində tərtib olunmuş cərimə ilə razı deyil, həmin inzibati tənbeh vermə haqqında qərar “Yol hərəkəti haqqında” Qanuna zidd olaraq tərtib edilmişdir. Belə ki, o, Gəncə şəhəri, Nizami prospekti ilə hərəkət edərək svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar xüsusi texniki vasitə ilə deyil, adi planşet vasitəsi ilə qeydə alınmışdır. O, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkət etməmişdir. Polis inspektoru tərəfindən qərəzli olaraq barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Ona məxsus avtomobilə tətbiq edilən inzibati xəta haqqında qərar ilə razı deyiləm. Bu səbəbdən barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş X5 ərizəsini müdafiə edərək izahatında bildirdi ki, mobil telefonunda olan “ASAN PAY” proqramına “SMS” gəldikdən sonra yol patrul xidməti əməkdaşlarına yaxınlaşmış və hadisənin videogörüntülərini istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, onun əsl istəyi videogörüntülərə baxmaq idi, videgörüntülərdə olan şəxs özüdür, əməlini etiraf edir, cəriməni imkan daxilində ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarı qəbul etmiş polis baş serjantı Nümayəndə izahatında bildirdi ki, məhkəməyə təqdim etdiyi videogörüntüdən də göründüyü kimi, X5 işıqforda qırmızı işıq yanan zaman digər avtomobillər dayandığı halda hərəkətini davam etdirmişdir, bundan dərhal sonra ona saxla əmri vermiş və sözügedən avtomobili saxlamışdır. X1 təcili işinin olduğunu və tələsdiyini bildirmişdir. Sonda şikayətin təmin edilməməsini və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində - svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. - Samux rayon notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli “nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamədən görünür ki, “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **-QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 tərəfindən X3 sözügedən nəqliyyat vasitəsinə dair xx.xx.2027-ci il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir. - İnzibati xəta haqqında qərarı qəbul etmiş polis baş serjantı Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd “CD” diskdən görünür ki, X5 idarə “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **- QU-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən – qırmızı işığı yanarkən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1-ci maddəsinə əsasən iinzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi hadisənin görüntülərini əks etdirən 01 ədəd “CD” diskdə olan videogörüntülər ilə tam təsdiq olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında həm X2 idarə etdiyi “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **-QU-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən (qırmızı işığı yanarkən) hərəkətini davam etdirməsi ilə öz etirafı, həm də videogörüntülərə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. O, məhkəmə iclasında videogörüntülər tədqiq edildikdən sonra inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, qeyd edir ki, svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə yol hərəkəti qaydalarını pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X4 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-761/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-761/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver