Məhkəmə qərarları › İş №3(5-121)-792/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-792/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-792/2026 16.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 33887038 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33887038 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsinə əsasən “yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə” 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair xx.xx.2026-cı il tarixli, EQ 33760840 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 33887038 nömrəli elektron qərarlar tərtib edilmişdir. Qeyd olunan qərarlara əlavə edilmiş foto və video görüntülərdən görünür ki, həmin görüntülərin vaxtı müvafiq olaraq xx.xx.2026-cı il saat 20:17 olmuşdur. Həmçinin foto və video görüntülərdən aydın görünür ki, görüntülər patrul avtomobili vasitəsilə sutkanın qaranlıq vaxtı çəkilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2026-cı il tarixli, EQ 33887038 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2026-cı il tarixdə, saat 20:17 radələrində M 2. E 60. AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu.382 km-də “Kia Cerato” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 34 km/saat həddində aşdığına görə İXM-in 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Məhkəməyə təqdim edilmiş şikayətçinin elektron kabinetinə göndərilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 20:17:30 radələrində (ərazidəki sürət həddi 90 km/saat) **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta P122200422 nömrəli kamera vasitəsilə aşkar edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlilləri hər hansı sübutla əsaslandırılmamışdır, həmçinin qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. X1 törətdiyi inzibati xəta (yolda müəyyən edilmiş sürət həddini aşma) xüsusi texniki vasitənin köməyi ilə aşkar olunmuş və həmin texniki vasitə ilə aşkar edilmiş inzibati xəta hadisəsi ilə bağlı İXM-in tələblərinə uyğun icraat aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33887038 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33887038 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar