Məhkəmə qərarları › İş №3(5-121)-793/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-793/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-793/2026 03.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN 11870397 nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X3 şikayət ərizəsinə işə baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdim: X5 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli MN 11870397 nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli tənbeh vermə haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X3 mübahisələndirdiyi MN 11870397 nömrəli qərar xx.xx.2025-ci il tarixdə, MN ******* nömrəli qərar isə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Şikayət isə xx.xx.2026-cı il tarixdə tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Bundan əlavə, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında Qərarlardan eyni anda, bir şikayət ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ona halda, məhkəmə hesab edir ki, şikayət vermiş şəxs barəsində tərtib edilmiş hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN 11870397 nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar