Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-833/2026 06.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, X1 xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan Gəncə Şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət aidiyyəti üzrə düzgün verilmədiyindən baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibatı xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. (İXM-nin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət isə – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir) Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Şikayət ərizəsindən görünür ki, inzibati xətanın törədildiyi yer Quba Fətəli xan küçəsidir. Odur ki, hadisə Quba rayon ərazisində törədildiyindən işə baxılması üçün Quba Rayon Məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında qərardan şikayət baxılması üçün Gəncə Şəhər Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Gəncə Şəhər Məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından şikayətçi X2 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərara baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 106, 109 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldım : X2 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Hakim: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-833/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-833/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver