Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-845/2026 17.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, qərardan şikayət verən şəxs X3 iştirakları ilə 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2026-ci il 25 fevral tarixində saat 12:00 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə düzünə hərəkətdə olan zaman Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin yanında quraşdırılmış işıqforun yaşıl işıq siqnalının sönməsinə bir neçə saniyə qaldığını görmüşdür. Həmin zaman onun tərəfindən idarə olunan avtomobilin hərəkət sürəti 40-45 km/saat idi və günorta saatları olduğu üçün prospektdə hərəkət intensiv idi. Onun idarə etdiyi avtomobilin arxasında yaxın məsafədə başqa avtomobil hərəkət edirdi. O həmin zaman avtomobili əyləcə basaraq saxlayacağı halda arxadan gələn avtomobil onun idarə etdiyi avtomobillə toqquşma təhlükəsi yarandığından avtomobilin hərəkətini dayandırmamış və işıqforun sarı işıq siqnalı yanan zaman yolayrıcını keçmişdir. Belə ki, o, yolayrıcına yaşıl işıq siqnalında daxil olmuş, yolayrıcında olan zaman sarı işıq siqnalı yanmışdır. O, yolayrıcını keçib avtomobilinin hərəkətini təxminən 200-300 metr davam etdirən zaman dövlət qeydiyyat nişanını bilmədiyi yol patrul avtomobili ona saxla əmri vermişdir. O, idarə etdiyi avtomobili saxlamışdır. Avtomobildən düşərək ona yaxınlaşan, adını bilmədiyi polis əməkdaşı özünü təqdim etmədən ona "günahınızı bilirsiniz də yəqin” deyə bildirmişdir. O həmin polis əməkdaşına nə səbəbə ona saxla əmrini verməsini soruşmurşdur. Ona bildirmişdir ki, işıqfora sürətlə daxil olmuş və işıqforun sarı işıq siqnalında keçmişdir. O, polis əməkdaşına işıqforun yaşıl işıq siqnalında yolayrıcına daxil olduğunu, yolayrıcında olan zaman sarı işıq siqnalının yandığını bildirmiş, həmçinin həmin vaxt hərəkətin intensiv olduğunu və avtomobili tormuzlayacağı halda arxadan gələn avtomobillə qəza şəraiti yaradacağı, bu səbəbdən avtomobilin hərəkətini davam etdirdiyini bildirmişdir. Yol patrul xidməti əməkdaşı ona "100 manat cərimə yazacaq, sürücülük vəsiqəsinə isə 3 bal gələcək, nə hörmət edə bilərsən cərimə yazmayım” demişdir. O, qayda pozmadığını və heç bir hörmət etməyəcəyini bildirmişdir. Lakin yol patrul xidməti əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə) maddəsi ilə İXP7857696 saylı porotokol tərtib etmişdir. O, işıqfora yaşıl işıq siqnalında daxil olmuşdur. Lakin sarı işıq siqnalında daxil olsa belə o həmin şəraitdə inzibati xəta törətmiş hesab olunmur. Qanunvericiliyin müddəalarını bilməyən yol patrul xidməti əməkdaşı qayda pozmadığı halda ona inzibati cərimə yazmış və qayda pozuntusuna yol verməsini sübut edən hər hansı bir videogörüntü təqdim etməmişdir. Həmin protokolu tərtib edən yol patrul əməkdaşının idarə etdiyi yol patrul avtomobilinin kamerasına və yol patrul əməkdaşının üzərində olan fərdi videoregistratorda qeydə alınmış görüntülərə baxılaraq obyektiv həqiqət ortaya çıxarılması zəruridir. Onun təqsirli olması ilə bağlı heç bir dəlil, sübut ona təqdim edilməmişdir. Bundan əlavə TP ******* nömrəli qərarda inzibati xətanın törədildiyi yer olaraq ünvan 1 ünvanı göstərilmişdir, halbuki həmin küçədə ümumiyyətlə işıqfor quraşdırılmamışdır. Buda həmin qərarın yalnış tərtib olunduğunu göstərir. Qeyd edilənləri nəzərə alaraq barəsində qəbul edilmiş 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilən orqan - Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 nümayəndəsi Nümayəndə bildirmişdir ki, 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 AR DİNnə də dəfələrlə şikayət vermiş, lakin onun şikayəti əsassız olduğundan təmin edilməmişdir. X5 tərəfindən xx.xx.2026-cı il tarixində svetoforun qadağanedici işarəsi verilərkən idarə etdiyi avtomobilin hərəkətini davam etdirməsi videogörüntü ilə tam təsdiq olunur. İş materiallarında olan 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş DVD-diskdə olan videogörüntüyə məhkəmə iclas zalında baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 “Chevrolet Malıbu” minik markalı **-QK-*** dövlət qeydiyyat nişanlı avtomobilini işıqforun qırmızı işığında xx.xx.2026-cı il tarixində saat 12:17-də ünvan 1-də hərəkət etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X2 şəhəri, Qəmbər Hüseynli küçəsi 21 istiqamətində, xx.xx.2026-cı il tarixində yol hərəkəti qaydasını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş (svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi iş materiallarında olan 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və DVD-diskdə olan videogörüntü ilə tam təsdiq olunur. Məhkəməyə təqdim olunmuş videogörüntüdən aydın olur ki, X5 yol hərəkəti qaydalarını pozaraq svetoforun qırmızı işığı yandığı zaman yolu keçmişdir, qeyd olunan videogörüntüyə baxış keçirilən zaman , həmçinin müəyyən olunmuşdur ki, X1 qırmızı işığında hərəkəti davam etdirdiyindən həmin vaxt yola daxil olmuş piyadalar üçün təhlükəli vəziyyət yaranmışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 2026-cı il 25 fevral tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-845/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-845/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver