Məhkəmə qərarları › İş №3(5-121)-88/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-88/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-88/2026 15.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 15 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2673/2025-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2142 (iki min yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 ödəməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə icra sənədini tam şəkildə icra etməmişdir. Şəxs tələbkara olan borcundan cəmi 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X9 bildirdi ki, borclu Şəxs müvafiq məhkəmə qərarının icrası ilə əlaqədar onun tələblərini yerinə yetirməmiş, nəticədə 2142 manat borcu yaranmışdır. Həmin borcundan xx.xx.2026, xx.xx.2026 və xx.xx.2026-cı il tarixlərində ümumilikdə 300 manat ödəniş etmiş və hal-hazırda da 1842 manat borcu qalmışdır. Bununla əlaqədar Şəxs barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, borcunu ödəyə bilməməsi qərəzli olmamış, maddi imkanı olmadığından, xəstə olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Qızının illik təhsil haqqını belə ödəyə bilmir. Borcundan ümumilikdə 300 manat ödəniş edə bilmiş, halhazırda işləmədiyi üçün tam ödəniş edə bilmir. Səhhətindəki problemlər aradan qalxdıqdan sonra işləyib hər ay hissə-hissə borcundan ödəniş edə biləcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi imkanı olmadığı və xəstə olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Hal-hazırda gəlir mənbəyinin olmamasını, ilk dəfə inzibati xəta törətməsini, borcunu ödəmək niyyətində olmasını nəzərə alaraq Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X5 izahat verərək bildirdi ki, borcunun tam ödənilməsini istəyir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: “İcraata başlamaq haqqında” 2025-ci il 06 noyabr tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2673/2025 nömrəli icra sənədini icraatına qəbul edərək, icra sənədi üzrə icraata başlamışdır. “Tələbin könüllü icrası haqqında” 2025-ci il 06 noyabr tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinin icrası üçün 10 gün müddət verilmişdir. xx.xx.2026, xx.xx.2026 və xx.xx.2026-cı il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tələbkar X2 bank kart hesabına ümumilikdə 300 manat məbləğində ödəniş etmişdir. Müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs maddi imkanının olmaması, səhhətində problemlərinin olması, sosial vəziyyəti onu göstərir ki, borcunu ödəyə bilməməsi qərəzli olmamışdır. Həmçinin Şəxs xx.xx.2026, xx.xx.2026 və xx.xx.2026-cı il tarixlərdə borcundan ümumilikdə 300 manat ödəniş etməsi və məhkəmə iclas zalında da borcunu hissə-hissə ödəyəcəyini bildirməsi onu göstərir ki, Şəxs borcunu ödəmək niyyətindədir və icra sənədi üzrə tələbi icra etməkdən yayınmır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar