Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-89/2026 15.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata başlamaq haqqında qərar qəbul edilərək, surəti tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməsinə baxmayaraq icra sənədində göstərilən tələb icra edilməmişdir. Hazırda borclu Şəxs borcu 3300 manat təşkil edir. Bununla borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-205/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi İdarənin icraatına daxil olduqdan sonra icra sənədi üzrə icraata başlanılmış, tərəflərə məlumat göndərilmişdir. İcra sənədi üzrə borc hazırda 3330 manat təşkil edir. İcra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuş, onun icraatına daxil olduqdan sonra tərəflərlə əlaqə saxlamağa çalışmış, lakin buna nail ola bilməmişdir. Buna görə də borclu Şəxs barəsində axtarış qərarı qəbul olunmuş, polis əməkdaşları tərəfindən İdarəyə təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcun ödənilməsi tələb edilsə də, o, şifahi formada borcu ödəmək üçün imkanının olmadığını, heç bir yerdə işləmədiyini, lakin hissə-hissə, yəni 50-100 manat olmaqla borcunu ödəyə biləcəyini bildirmişdir. Tələbkarla buna razılığının olub-olmaması barədə danışıq aparılmış, o, buna razı olmadığını bildirmiş, borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu Şəxs dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş əmlak və gəlir məlumatlarından görünür ki, onun adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur, həmçinin borclu əmək haqqı, pensiya, təqaüd və sair gəlirlər almır. Odur ki, protokolu müdafiə edərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdı. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, icra sənədi üzrə digər borclu barəsində Masallı rayon İcra və Probasiya şöbəsində icra işi aparılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədi üzrə barəsində axtarış qərarının olmasından xəbəri olmamışdır. O, mobil nömrəsini dəyişdiyi üçün icra məmuru ilə əlaqə saxlaya bilməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, icra sənədi üzrə borcunun olduğunu qəbul edir, lakin borcunu ödəmək üçün maddi imkanı yoxdur, şəkər xəstəsidir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxs X4 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin e-2(125)-205/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 məxsus olan 2565 manat dəyərində bir ədəd 583 əyarlı, 27 qram çəkidə, Türkiyə istehsalı olan qızıl komplekt dəsti (boyunbağı klon ilə birlikdə, qolbağı, sırğa-üzük), 480 manat dəyərində bir ədəd 750 əyarlı, 4 qram çəkidə, İtaliya istehsalı olan nişan üzüyü və 285 manat dəyərində bir ədəd 583 əyarlı, 3 qram çəkidə, Türkiyə istehsalı olan qızıl qolbağı naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan - cəmi 3330 (üç min üç yüz otuz) manat məbləğində pul, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53,3 (əlli üç manat otuz qəpik) manat cavabdehlər X6 və Şəxs alınaraq iddiaçı X4 verilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər X6 və Şəxs müştərək qaydada tutulsun və (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. - xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin e-2(125)-205/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş borclu tərəfindən imza edilməklə qəbul olunmuşdur. - Borclu Şəxs İdarədə verdiyi xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır. İcra sənədini bugünədək tam şəkildə icra etməməsinin səbəbi tələbkara borcunun olmaması və olanları şər hesab etməsidir. İcra sənədi üzrə bugünədək heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə 3330 manat təşkil edən borcunu imkanı olsa ödəyəcəkdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. - Borclu Şəxs dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş şəxsiyyət, əmlak və gəlir məlumatlarından görünür ki, onun adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur, həmçinin borclu əmək haqqı, pensiya, təqaüd və sair gəlirlər almır. - xx.xx.2026-cı il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-205/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Eyni zamanda iş materiallarında tələbkarın şikayətinə rast gəlinmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra qeydinin icrasına səhlənkar yanaşmışdır. Şəxs məhkəmə iclasında icra sənədi ilə qeyd edilmiş borcu ödəyə bilməyəcəyini bildirmişdir ki, bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan icra məmurunun tələblərinə vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, maddi imkanı olmadığını əsas gətirərək, borcunu ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunu lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf etməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXMnin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-89/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-89/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver