Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-913/2026 11.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Babazadə Ülkər Ağamalı qızı, X1 tərəfindən İ X3 Xidmətinin inzibati xəta haqqında protokolundan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 tərəfindən İ X3 Xidmətinin inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokoldan deyil, həmin protokol üzrə qəbul edilmiş qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. X1 inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı əldə edib həmin qərarı mübahisələndirməli olduğu halda, həmin qərarı əldə etməyərək iş materiallarına əlavə etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən İ X3 Xidmətinin inzibati xəta haqqında protokolundan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-913/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-913/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver