Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(5-121)-932/2026 18.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli EQ ******** saylı inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən barəsində İXM-nin 328.2-ci maddəsinə əsasən EQ ******** nömrəli qərar qəbul edilərək 50 manat cərimə və 2 bal təyin edilmişdir. Nəticədə sürücülük vəsiqəsinə təyin edilən balların maksimum həddini keçdiyi üçün sürücülük vəsiqəsi məhdudlaşdırılmışdır. Həmin qərar Gəncə DYPŞ-dən ##.##.2026-cı il tarixidə götürmüşdür. Bildirir ki, Baş DYPİ-nin inzibati tənbeh vermə barədə EQ ******** nömrəli qərarı ilə qeydə alınan inzibati xəta baş verən zaman “Toyota” markalı “Camry” model **- AH-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin sükanı arxasında X2 olub və həmin vaxt avtomobili o, idarə etmişdir. Nurəhməd Əhmədov Baş DYPİ-nə ##.##.2026-cı il tarixli elektron ərizə yazaraq EQ ******** nömrəli qərarla tətbiq edilmiş inzibati tənbeh vermə qərarla 50 manat cərimə və 2 balın təyin edilməsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: ##.##.2026-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) həmin tarixdə, saat 08:48:04-də “Toyota Camry” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 25 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və 2 bal təyin edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki qərara əlavə edilmiş fotoşəkildən “Toyota Camry” minik markalı **-AH- *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə edilməsi aydın olmur. Bundan başqa şikayətçi Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsini, yəni sürət həddini aşması ilə bağlı qaydaları pozmasını təsdiq edən sübutları video görüntü, fotoşəkil və s. inzibati qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi göstərilmiş, yolda müəyyən edilmiş hərəkət sürətini aşma inzibati məsuliyyəti özündə ehtiva edir. “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin VIII bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Sadalanan qanunvericilik normalarının tələblərinə riayət olunub olunmaması haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, ##.##.2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-932/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-932/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver