Məhkəmə qərarları › İş №3(5-121)-940/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-940/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-940/2026 18.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X3 nümayəndəsi aparıcı məsləhətçi-müfəttişi Nümayəndə xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 mart 2026-cı il tarixli protokola əsasən, Gəncə şəhəri, İbrahim Əliyev küçəsində yerləşən toyuq sexində (həmin sexin sahibkarı) vəzifəli şəxs Şəxs tərəfindən 10 mart 2026-cı il tarixədək su təchizatı şəbəkəsinə diametri 15 mm olan boru vasitəsi ilə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X2 nümayəndəsi, aparıcı məsləhətçi-müfəttişi X9 bildirdi ki, Gəncə şəhəri, İbrahim Əliyev küçəsində yerləşən toyuq sexinin qanunsuz su təchizatı şəbəkəsinə qoşulmasının aşkar olunması barədə Gəncə şəhər Su Kanal İdarəsindən daxil olmuş məlumata əsasən, 10 saylı X2 xx.xx.2026-cı il tarixli 005 nömrəli sərəncamına əsasən qeyd edilən ünvana baxış keçirilmiş və baxış zamanı video çəkiliş aparılmışdır. Baxış keçirilərkən məlum olmuşdur ki, vəzifəli şəxs Şəxs Gəncə şəhəri, İbrahim Əliyev küçəsində yerləşən toyuq sexində xx.xx.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə qanunsuz olaraq qoşulmuşdur. Həmçinin, Şəxs izahatı alınmış və izahatında toyuq sexində istifadə olunan suyun müqaviləsinin olmamasını və həmin sudan 3 aydır istifadə etdiyini bildirmişdir. Beləliklə, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, vəzifəli şəxs Şəxs sahibkarı olduğu toyuq sexində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Buna görə də,məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə inzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və səmimi peşmanlığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (FİN-xxxxxxx; VÖEN-**********) Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar