Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-99/2026 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakı ilə, X6 tərəfindən Gəncə Şəhər Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Dövlət X8 xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-ci il tarixdə **-JY-*** dövlət qeydiyyat nişanlı “YUTONG BUS ZK6890HGO” markalı sərnişin avtobusu ilə saat 20:16 radələrində Gəncə şəhər Təbriz küçəsində təyin olunmuş marşrut xətti üzrə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən **-BN-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” minik markalı avtomobilin sürücüsü dayanacaqda olan zaman dönmə işığını yandırıb yolun soluna dönərkən qarşı tərəfin sürücüsü onu gözləmədən ötmə manevrini etmək istəyərkən avtobusun orta nahiyyəsini sürtmüşdür. Belə ki, həmin an qarşıdan gələn "xxxx" MMC-yə məxsus digər sərnişin daşıyan avtobus qarşı istiqamətdə hərəkət edirdi. Qarşıdan gələn avtobusun dövlət qeydiyyat nişanı **-JY-*** da müşahidə kamerasında hadisənin təfərrüatları açıq şəkildə aydın qeydiyyata alınmışdır. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmışdır. Hadisə yerinə Gəncə Şəhər Dövlət X12 YPX-nin baş inspektoru polis baş leytenantı X3 yaxınlaşaraq yalnız onun sənədini almış və qarşı tərəf bildirmişdir ki, sənədi yoxdur. Daha sonra inspektor növbəti gün səhər saat 09:00-da Gəncə Şəhər Dövlət X9 yaxınlaşmasını bildirmişdir. Hadisənin səhəri günü xx.xx.2026-ci il tarixində saat 10:00-da Gəncə Şəhər Dövlət X9 yaxınlaşmış və onu Gəncə Şəhər Dövlət X12 YPX-nin baş inspektoru polis baş leytenantı X3 qəbul edərək hadisə barədə yazılı izahat verməyini və günahsız olduğu halda hadisənin günahkarı kimi faktı etiraf etməsini tələb etmişdir. Bu zaman ondan təhlükəsiz şəhər kamerasından olan videogörüntünü ona göstərməsini tələb etsə də, qəti surətdə görüntünü göstərməkdən imtina etmişdir. Buna görə də ona işə obyektiv yanaşmadığı üçün heç bir sənədə qol çəkməyəcəyini bildirmişdir. O isə əgər elədirsə, ondan barəsində tərtib etdiyi protokolu və verdiyi qərarı tələb edəndə ona “protokolla qərarı sonra gəlib götürərsən” deyərək otağı tərk etməyini əmr etmişdir. Həmin vaxt ona hadisənin günahkarının o olmadığını və lazım olarsa hadisənin videgörüntüsünü təqdim etməyini, görüntüyə baxdıqdan sonra inzibati tənbehin onun barəsində yox, digər hadisə iştirakçısı olan 22-BN-97 dövlət qeydiyyat nişanlı “VAZ-2107” minik markalı avtomobilin sürücüsü barəsində verməsini israrla bildirsə də o, yenə öz dediyində qaldı və ona “get hara şikayət edirsənsə et” deyərək otağı tərk etməyini tələb etmişdir. O məcbur olub otağı tərk etmiş və videgörüntünü əldə etmək üçün gedib müraciət etmişdir. Səhəri günü videogörüntü ona təqdim olunmuş və xx.xx.2026-cı il tarixdə yenidən Gəncə Şəhər Dövlət X12 YPX-nin baş inspektoru polis baş leytenantı X2 iş yerində kabinetinə yaxınlaşmışdır. Xidməti yerində olmadığından onunla telefon əlaqəsi yaratmış və o, öz qərarını verdiyini bildirərək protokolu sonra ona təqdim edəcəyini bildirmişdir. Bir neçə dəfə qərarı götürmək üçün onun xidməti yerinə yaxınlaşsa da, qərarı əldə edə bilməmişdir. Nəhayət bir neçə gün zənglərdən sonra xx.xx.2026-cı il tarixdə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolu və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı götürməyə nail olmuşdur. Gəncə Şəhər Dövlət X8 YPX-nin baş inspektoru polis baş leytenantı X2 tərtib etdiyi xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edir. İdarə etdiyi **-JY- *** dövlət qeydiyyat nişanlı “YUTONG BUS ZK6890HGO" markalı sərnişin avtobusunda quraşdırılmış təhlükəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Videoda tam aydın şəkildə görünür ki, **-BN-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” minik markalı avtomobilin sürücüsü yuxarıda qeyd etdiyi formada manevr qaydasını kobud şəkildə pozaraq idarə etdiyi avtobusu sol orta hissədən vurur və hadisə baş verir. "xxxx" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onun günahsız olması öz təsdiqini tapmışdır. Lakin inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcək. İnspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub. Gəncə Şəhər Dövlət X8 YPX-nin baş inspektoru polis baş leytenantı X2 tərtib etdiyi xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2026-cı il tarixdə götürmüşdür. Məhkəmə iclasında iştirak edən X6 ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, hadisə zamanı qarşısında “Toyota Prius” markalı avtomobil olduğundan və sol tərəfdən gələn avtomobil olmadığından sola dönmə işığını yandırmışdır. Odur ki, qeyd etdiklərinin, həmçinin ailəsinə yeganə gəlir gətirən şəxsin özünün olmasının, neçə gündür ki, işə çıxa bilməməsinin, avtobusa dəymiş maddi ziyanın onun əməkhaqqından tutulacağının nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, idarə etdiyi xx.xx.2026-ci il tarixdə **- JY-*** dövlət qeydiyyat nişanlı “YUTONG BUS ZK6890HGO” markalı sərnişin avtobusu sərnişin dayanacağında saxlamamasının səbəbi gecə saatları olduğundan dayanacaqda sərnişinin olmaması və yolun dar olması olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, hazırkı vəziyyətdə X6 idarə etdiyi “YUTONG BUS ZK6890HGO” markalı sərnişin avtobusu ilə yolun sağ hissəsinə keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 42-ci maddəsinin 3-cü hissəsinə görə dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2026-cı il tarixdə, saat 20:16-da Gəncə şəhəri, Təbriz küçəsində “YUTONG BUS ZK6126HG” markalı, **-JY-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. -“YUTONG BUS ZK6126HG” markalı, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğundan məhkəmə tərəfindən həmin avtobusun sürücü X6 tərəfindən xx.xx.2026-cı il tarixdə, saat 20:16-da idarə edilməsinə dair "xxxx" MMC vasitəsi ilə çəkilən video-görüntülərinin təqdim edilməsi üçün "xxxx" MMC-yə sorğu verilmiş, sorğu nəticəsində həmin avtobusa dair müvafiq videgörüntülər məhkəməyə təqdim edilmişdir. -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12, həmçinin X6 tərəfindən sözügedən inzibati xəta hadisəsinə dair videogörüntülər məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını, iş materiallarında olan sənədləri nəzərə alaraq şikayətin qismən təmin olunması, Gəncə Şəhər Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati materialın yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Gəncə Şəhər Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. X6 barəsində tərtib olunmuş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda sürücünün əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə istinad olunsa da bunun onun hansı hərəkətlərində ifadə olunması qeyd edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Bundan başqa məhkəmə iclasında tədqiq olunmuş videogörüntülərdən görünür ki, X4 idarə etdiyi avtobusu sərnişin olmadığından dayanacaqda saxlamamış, “YUTONG BUS ZK6126HG” markalı, **-JY-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus ilə öz yolunda düzünə hərəkət etdiyi halda, eyni istiqamətdə hərəkətdə olan “VAZ-2107” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil onu gözləmədən ötmə manevrini etmək istəyərkən qəfil onun sol yanından keçməklə avtobusun orta nahiyəsini sürtmüşdür. Bu zaman qarşıdan gələn "xxxx" MMC-yə məxsus digər sərnişin daşıyan avtobus qarşı istiqamətdə hərəkət etmişdir. İnzibati xəta haqqında portokol tərtib edən X4 məhz hansı hərəkətləri ilə manevr qaydasını pozmasını əsaslandırmadan, bunu təsdiq edən sübutlar olmadan sonuncunun AR İXM-nin 327.1-ci madddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarla İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Şəhər Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarla X4 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 barəsində Gəncə Şəhər Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Gəncə Şəhər Dövlət X9 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-99/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-99/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver