Məhkəmə qərarları › İş №3(5-121)-992/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-992/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-992/2026 13.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 3 uşaq olan, işsiz, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4709/2024 nömrəli icra sənədinə əsasən Şəxs 28.800 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş rüsumun əvəzi qismindı 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 176 manat 60 qəpik məbləğində pul vəsaiti alınaraq X2 ödənilməlidir. Borclu icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4709/2024 nömrəli icra sənədinə əsasən Şəxs 28.800 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş rüsumun əvəzi qismindı 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 176 manat 60 qəpik məbləğində pul vəsaiti alınaraq X2 ödənilməlidir. Belə ki, icra sənədi icraatda daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək ona borcunu ödəmək təklif edilsə də borclu heç bir ödəniş etməmişdir. Hal-hazırda onun 29.176 manat 60 qəpik məbləğində borcu vardır. Şəxs barəsində görülmüş bütün məcburi icra tədbirlərindən nəticə çıxarmamış, icra sənədinin icrasından qərəzli surətdə boyun qaçırmışdır.. Hazırda da Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, o, qərəzli olaraq borcunu ödəməkdən yayınmır. Maddi imkanı olmadığına görə sözügedən borc məbləğini bir dəfəyə ödəyə bilmir. Maddi vəziyyəti yaxşılaşacağı təqdirdə borcunu tam şəkildə ödəyəcəkdir. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4709/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış, xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, Gəncə Şəhər Məhkməsinin xx.xx.2025ci il tarixli, 8(125)-242/2025 nömrəli qərardadına əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4709/2024 nömrəli icra sənədi icra olunanadək Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs himayəsində 3 uşağının olmasını və səmimi peşmançılığını məhkəmə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar